YAP Şəmkir rayon təşkilatının hazırladığı qrafikə uyğun olaraq sentyabr ayının 16-dan start verilmiş Təbliğat-təşviqat kampaniyasının keçirilməsi ilə əlaqədar olaraq hər gün 3-4 kənd və qəsəbələrdə görüşlər keçirilir.
Bu gün YAP Şəmkir rayon təşkilatı Şəmkir rayonunun Dəllər-Cırdaxan və Qaranüy kəndində seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə YAP Şəmkir rayon Seçki Qərargahının sədri Fəxrəddin Vəliyev, Seçki Qərargahının üzvləri Vilayət Cabbarov, Cavanşir Yusifov, Qafar Vəliyev, İmamverdi Allahverdiyev iştirak ediblər.
sia.az