PDF Oxu

Siyasət

  • 11

Qaradağlı gənclər Cənab İlham Əliyevə səs verəcək

Qaradağlı gənclər Cənab İlham Əliyevə səs verəcək

İlk dəfə səs verəcək qaradağlı gənclərlə görüş keçirilib

Qaradağ rayonu Lökbatan qəsəbəsində rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı şəhəri üzrə Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Fəxrəddin Nağıyev, Qaradağ rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasov iştirak edib.

Qaradağ rayon Gənclər İdman idarəsinin rəisi E.Abbasov ilk dəfə səs verəcək qaradağlı gəncləri təbrik edərək onların həyatında bu tarixin xüsusi önəmindən danışıb. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan bəhs edən E.Abbasov Qaradağ rayonunda da gənclərin hər zaman qayğı ilə əhatə olunduğunu vurğulayıb. Qeyd edib ki, ölkə gəncləri hər zaman Ümummilli Lider Heydər Əliyev siyasətini dəstəkləyib və Onun ən layiqli davamçısı olan cənab İlham Əliyevin ətrafında sıx birləşib: "Cənab İlham Əliyev ölkə gəncliyinə xüsusi diqqət və qayğı ilə yanaşaraq onların bütün siferalarda önə çəkilməsini təmin edib. Məhz bunun nəticəsi olaraq gənclik Azərbaycan bayrağını daha yüksək zirvələrə ucaldıb".

Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Fəxrəddin Nağıyev də çıxışında insanların seçim imkanları fundamental dəyərlər və demokratik prinsiplərin təzahürləri barəsində qaradağlı gənclərə əhatəli məlumat verib. Bildirib ki, Azərbaycanda demokratik prinsiplər ən yüksək səviyyədə təmin olunub. "Seçki prosesi də demokratik proseslərin tərkib hissəsidir. Qarşıdan gələn prezident seçkilərində də ölkə gəncliyinin tərkib hissəsi olan qaradağlı gənclər də aktivlik nümayiş etdirəcək".

YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan demokratik dəyərlərin bu gün cənab İlham Əliyev tərəfindən ən yükəsk formada təmin olunduğunu, ölkəmizdə vətəndaş cəmiyyəti inistitutlarının formalaşması, insan hüquq və azadlıqlarının təminatı baxımdan bütün zəruri addımların atıldığını bildirib. Seçki prosesinin demokratik prinsiplərin açıq təzühürlərindən biri olduğunu söyləyən A.Hüseynov müasir Azərbaycan cəmiyyətini sivil çağırışlara xüsusi ilə yanaşdığını söyləyib: "Oktyabrın 9-da bizlər 1993-cü ildən bu günə qədər davam edən demokratik seçki ənənəsinin növbəti təntənəsinin şahidi olacayıq. Seçki təbliğatı və təşviqatı kampaniyası çərçivəsində Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində keçirdiyimiz görüşlərdə insanların bu proses haqqında tam məlumatlı olması eyni zamanda açıq şəkildə öz seçimlərinin məhz cənab İlham Əliyev olmalarını ifadə etmələri vətəndaşların məlumatlı olmasından, onların ölkə həyatı üçün olduqca önəm kəsb edən məsələlərlə maraqlanmasından xəbər verir. Qaradağ rayonunun ilk dəfə sə s verəcək gəncləri də artıq seçki prosesi ilə bağlı kifayət qədər məlumatlıdırlar. Ona görə də inanırıq ki , onlar daha doğru-düzgün seçim etməklə xoşbəxt gələcəklərini təmin etmiş olacaqlar".

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovda ilk dəfə səs verəcək qaradağlı gəncləri salamlayaraq onlara bu tarixi prosesdə iştirakları münasibəti ilə təbriklərini çatdırıb. Bildirib ki, Cənab İlham Əliyev tərəfindən ölkə gəncliyinə hər zaman diqqət və qayğı göstırilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin səsi beynəlxalq arenalardan və dunyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilir deyən R.Abbasov gəncliyin də öz üzərinə düşən məsələlərin məsuliyətlə yerinə yetirilməsinin vacibliyni önə çəkib. R.Abbasov qarşıdan gələn seçkilərdə gənclərin böyük aktivlik nümayiş etdirəcəyinə ilk dəfə səs verəcəck qaradağlı gənclərin də xüsusilə fəallıq göstərəcəyinə əminliyini ifadə edib.

"Gənc Diplomatlar" İctimai Birlyinin baş katibi Eltun İbrahimov da seçki ilə bağlı gənclərin maariflənməsi və digər məsələlərə toxunub. Gənclərin ölkənin ictimai-siyasi həyatında aktivliyinin vacibliyinə toxunan E.İbrahimov seçkilərdə qaradağlı gənclərin də aktivlik nümayiş etdirəcəyini söyləyib.

Görüşün yekununda elmi, mədəniyyət, idman və digər sahələrdə fəqrlənmiş bir rup gəncə diplom və hədiyyələr təqdim edilib.

sia.az

Digər xəbərlər