PDF Oxu

Siyasət

  • 12

Zərdablıların seçimi Cənab İlham Əliyevdir

Zərdablıların seçimi Cənab İlham Əliyevdir

16 sentyabrdan etibarən başlayan prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası YAP Zərdab rayon təşkilatı tərəfindən də uğurla davam etdirilir. Mütəmadi olaraq YAP Zərdab rayon təşkilatı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirir.

Seçki qərargahının təbliğat qrupu seçicilərlə növbəti görüşünü rayonun Gödəkqobu kəndində keçirib. 1500-dən çox əhalisi, 950 nəfərdən çox seçicisi olan Gödəkqobu kəndinin əksəriyyətinin iştirak etdiyi tədbir seçicilərin yüksək əhval-ruhiyyəsi və Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin qələbəsinə çağıran şüarlar, plakatlar və çağırışlarla müşahidə olunub.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova görüş iştirakçılarına respublikanın mövcud ictimai-siyasi durumu, ölkədə 10 il ərzində həyata keçirilən daxili və xarici siyasət nəticəsində əldə olunan uğurlar, nailiyyətlər, respublikanın beynəlxalq aləmdəki nüfuzu, əhalinin durmadan artan, yüksələn sosial rifahı, uğurla həyata keçirilən iqtisadi və siyasi islahatlar, eləcə də, Cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti illərdə həyata keçiriləcək möhtəşəm layihələr, qarşıda duran perspektivlər barədə məlumat verib.

Görüşdə daha sonra Zərdab rayon Seçki Qərargahının üzvlərindən Zərdab rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq- Mühafizə Orqanları Veteranları Şurasının sədri Hüseyn Həsənov, YAP Zərdab rayon təşkilatının aparat rəhbəri İman Zeynalov, Gəlmə kənd orta məktəbinin direktoru Gülağa İsgəndərov, Hüseynxanlı kənd orta məktəbinin direktoru Məkkə Həmidova, YAP Zərdab rayon gənclər birliyinin fəal üzvü İlkin Əliyev, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova geniş məzmunda çıxış edərək, Cənab İlham Əliyevin xalq və dövlətinin gördüyü əvəzsiz işlərlə bağlı fikirlərini seçicilərlə bölüşüblər. Tədbirin sonunda seçicilər adından kənd ağsaqqalı Xalid İxtiyarov, kənd tam orta məktəbin direktoru Sahid Mürşüdov və başqaları çıxış edərək seçkilərdə Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Çıxışlarda, həmçinin, YAP-ın namizədi, xalqımızın ləyaqətli və qüdrətli oğlu Cənab İlham Əliyevin qələbəsinə inam, Ona böyük xalq məhəbbəti, dərin ehtiram hissləri səsləndirilərək, Cənab İlham Əliyevin xalqımızın Lideri olduğunu bildiriblər.

İntizarə Məmmədova

Digər xəbərlər