PDF Oxu

Siyasət

  • 6

Biləsuvarlılar tarixi seçimində israrlıdırlar

Biləsuvarlılar tarixi seçimində israrlıdırlar

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Biləsuvar rayonu üzrə Seçki Qərargahı qanunvericiliyə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını davam etdirir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində dünən rayonun Ağalıkənd və Amankənd seçiciləri ilə görüş keçirilib. Seçicilərlə görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq, cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi müddətdə qazanılan nailiyyətlərdən söz açıb: "Cənab İlham Əliyevin Respublikaya növbəti dəfə Prezident seçilməsi Azərbaycanı gələcək 5 ildə daha möhtəşəm qələbələrə aparacaq.Görüşdə siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov 10 il ərzində Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən elm, təhsil, gənclər siyasəti və ölkədə idmanın inkişafına yönəldilən və bu siyasətin uğurlu nəticələrindən söhbət açıblar. Çıxış edənlər bildiriblər ki, oktyabrın 9-da Biləsuvar camaatı sabitliyə, inkişafa, gələcəyimizin qarantına - Cənab İlham Əliyevə səs verəcək.Görüşdə Ağalıkənd kənd sakinlərindən kənd orta məktəbin müəllimləri Gülnaz Qocayeva, Paşaxan Əliyev, kənd sakinlərindən Famil Əhmədov, Natiq Zülfiqarov və uşaq bağçasının müdiri İradə İmanova çıxış edərək cənab İlham Əliyevin həyata keçiridiyi uğurlu xarici və daxili siyasəti ürəkdən bəyəndiklərini və 9 oktyabrda keçiriləcək Prezident seçkilərində alternativsiz lider cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər