9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Zaqatala rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Mamrux və Gözbarax kənd sakinləri ilə keçirilib. 250 nəfər fəal partiya üzvünün iştirak etdiyi görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov Azərbaycanın son 10 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini və dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini deyib: "Son illər Zaqatala rayonu çox sürətlə inkişaf edərək özünün ən yüksək inkişaf dövrünü yaşayır. Rayonda əsası qoyulan yeni istehsal sahələri, kənd təsərrüfatına göstərilən diqqət, yeni yolların salınması, ən ucqar kəndlərə qaz xətlərinin çəkilişi, parkların salınması, yeni inzibati binaların istifadəyə verilməsi son illər aparılan mühüm işlərin bir parçasıdır. Zaqatala seçiciləri cənab İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları təqdir edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyir və 9 oktyabrda hamı bir nəfər kimi bu siyasətin davamına -cənab İlham Əliyevə səs verəcəklər".Görüşdə YAP Zaqatala rayon təşkilatınnı qadınlar şurasının sədri Vəfa Süleymanova, partiya fəallarından Fatma İsrafilova, Namidə Süleymanova və başqaları çıxış edərək Cənab İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, Zaqatalılar rayonda görülən işləri yüksək qiymətləndirir və 9 oktyabrda ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.
sia.az