PDF Oxu

Siyasət

  • 8

Amil Cavadov: “Cəmil Həsənli saxtakar, ikiüzlü və yaltaq “qəhrəman"dır”

Amil Cavadov: “Cəmil Həsənli saxtakar, ikiüzlü və yaltaq “qəhrəman"dır”

"Bizim seçimimiz dəyişməzdir, bizim seçimimiz İlham Əliyevdir"

"Milli Şura"dan prezidentliyə namizəd olan Cəmil Həsənli artıq üçüncü dəfədir ki, İctimi televiziyada ayrılmış pulsuz efir vaxtından yararlanıb tele-debata çıxır. Ancaq bu adam o qədər özünü itirib ki, televiziya ilə "Milli Şura"nın iclasını səhv salıb. Cəmil Həsənli özünü seçicilərin qarşısında deyil, "Milli Şura"nın iclasında hiss edir. Beləcə o, həqiqətə göz yumub İsa Qəmbər və Əli Kərimli kimilərinin düşüncələrindən çıxış edir, hakimiyyətə qarşı əsassız ittihamlar səsləndirir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov deyib.Amil Cavadovun sözlərinə görə, professor titulu daşıyan bir adamın ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrin, eləcə də radikal müxalifət liderlərinin fikirlərindən çıxış etməsi çox təəssüf doğurur. Bu həmin insanın hansı səviyyəyə düşdüyünü göstərir. Onsuzda xalqımız kimin kim olduğunu çox gözəl bilir. Ötən debatda da "Milli Şura"nın "mələk" donunda irəli sürdüyü namizədin əsl siması bəlli oldu. Hər kəs gördü ki, Cəmil Həsənlinin danışığı ilə millət vəkili olan zaman etdiyi qanunsuzluqlar heç bir halda üst-üstə düşmür. Bu adam saxtakar, ikiüzlü olmaqla yanaşı, həmçinin yaltaq "qəhrəmandır". Cəmil Həsənli bu gün tamam başqa bir simada özünü göstərir. Belə adamlar heç bir zaman xalqımızın dəstəyini ala bilməz".YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri bildirib ki, bu gün "Milli Şura"nın keçirəcəyi piketdə də bunun şahidi olacağıq: "Müxalifət avqust ayının 18-də keçirdiyi piketdə özünü biyabır etdiyi kimi, bu dəfə də eyni situasiya yaşanacaq. Azərbaycan xalqı artıq öz seçimini edib. Biz əminik ki, 9 oktaybr tarixində qələbə qazanacaq şəxs Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd İlham Əliyev olacaq. Bizə bu inamı verən cənab Prezident İlham Əliyevin 10 illlik hakimiyyəti dövründə ölkəmizin inkişafı, beynəlxalq aləmdə qazandığı nüfuz və eyni zamanda təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə seçicilərin birmənalı olaraq cənab Prezidenti dəstəkləməsidir. Bizim seçimimiz dəyişməzdir, bizim seçimimiz İlham Əliyevdir".

sia.az

Digər xəbərlər