PDF Oxu

Siyasət

  • 7

"Azərbaycan gəncliyi dövlətimizin ən ideal köməyidir"

"Azərbaycan gəncliyi dövlətimizin ən ideal köməyidir"

"Bir neçə gün öncə Prezident İlham Əliyev Qarabağ torpaqlarının işğaldan azad ediləcəyi günü müqəddəs gün adlandırdı. Bu, Prezidentin və Azərbaycan dövlətinin əsas məqsədinin işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının azad olunması olduğunu bir daha ortaya qoydu. Biz gənclər anlayırıq ki, münaqişənin ən yaxın zamanda həllinə maneə olacaq kifayət qədər faktorlar var. Lakin biz əminik ki, münaqişə öz həllini tapacaq". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan danışarkən deyib.O bildirib ki, bu qələbənin yaxın gələcəkdə olub-olmamasından asılı olmayaraq, gənclərin üzərinə böyük məsuliyyət düşür: "Çünki istər bu gün, istərsə də sabah münaqişənin həllində ən böyük güc, dövlətə dayaq olacaq qüvvə biz olacağıq. Hazırda Azərbaycan gəncliyi dünyanın Dağlıq Qarabağ münaqişəsi və "məzlum" erməni obrazı haqqında fikrini dəyişmək üçün dövlətimizin ən ideal köməyidir. İstər ölkə daxilində, istərsə də xaricdə Azərbaycan gəncləri bu istiqamətdə təşkilatlanmış formada böyük işlər görürlər".Sərraf Balaxan onu da qeyd edib ki, Azərbaycan dövlətinin hərtərəfli güclənməsində əsas hədəf kimi Qarabağın işğaldan azad edilməsi dayandığından, gənclərin hər bir sahədəki fəaliyyəti ali məqsədə istiqamətlənən bir köməkdir: "Azərbaycan ordusunda, təhsil müəssisələrində, dövlət və QHT sektorunda, dünyada fəaliyyət göstərən diaspor təşkilatlarında, səfirliklərimizdə, beynəlxalq təşkilatlarda, dünyadakı ali təhsil ocaqlarında təmsil olunan Azərbaycan gəncliyinin ali məqsədləri sırasında birinci yerdə, məhz Dağlıq Qarabağ münaqişəsinin həlli dayanır. Bu işdə dövlətimizə dəstək olmaq bizim ən müqəddəs borcumuzdur. Azərbaycan gəncliyi Qarabağın işğaldan azad olunması üçün həyata keçirilən dövlət siyasətinin vacib komponenti, əsas gücüdür. Bizlərə olan etimadı layiqincə doğrultmaq üçün daha bilikli, savadlı, daha intellektual olmalı və dünyaya Dağlıq Qarabağ kimi bir ədalətsizliyin mövcudluğunu daha yaxından tanıtmalıyıq. Dövlətimizin güclənməsinə ən böyük dəstək, məhz biz olmalıyıq!"."Bu gün Dünya birliyində öz mövqeyini durmadan gücləndirən, həm daxili, həm də xarici siyasətdə davamlı uğurlar qazanan Azərbaycanın qarşısında dayanan ən böyük problem, heç şübhəsiz ki, Dağlıq Qarabağ məsələsidir. 20 ildən artıqdır ki, davam edən bu münaqişə haqqında demək olar ki, bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar xəbərdardır. Bunun üçün hələ Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründən davamlı iş aparılıb. Əsas məqsəd isə Ermənistanın işğalçı dövlət olmasını dünyaya tanıtmaq və Azərbaycanın ərazi bütövlüyünə sülh yolu ilə nail olmaq olub. Lakin Prezident cənab İlham Əliyevin də dediyi kimi, bütün səylər bəlli səbəblərdən nəticəsiz qalıb. Dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ və ona bitişik rayonlar hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Dünya birliyinin isə məsələyə münasibəti qeyri-qəti və ikili standartlarladır. Mövcud durumda münaqişənin həllini, yalnız Azərbaycan özü tapmalıdır. Bu məqsədlə Azərbaycan dövləti düzgün strateji siyasət həyata keçirir. Azərbaycanın dünyada tanınması, beynəlxalq forumlarla ölkəmizin dünya elitasına təqdimatı, erməni xislətinin ifşası və ən əsası dövlətin bütün istiqamətlərdə gücləndirilməsi, iqtisadiyyatın, hərbi gücün daha da artırılması ölkə Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ probleminin həllinə nail olmaq üçün tutduğu əsas yoldur"- deyə, YAP Gənclər Birliyi Ofisinin rəhbəri fikirlərinə əlavə edib.

sia.az

Digər xəbərlər