Xalqın bütün təbəqələri kimi gənclərimiz də Cənab İlham Əliyevə səs verəcək
Nəcəf Novruzov: "Gənclərimiz Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında fəallıq göstərirlər"
Nəcəf Novruzov,
Bakı şəhər Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov rayon təşkilatının idarə heyətinin üzvü:
- 9 oktyabrda ölkəmizdə keçirləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bu kampaniyada YAP uğurla start götürüb və fəal şəkildə prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını aparır. YAP Nərimanov rayon təşkilatı da bu kampaniya çərçivəsində seçicilərlə görüşlər keçirir. Bu görüşlər və tədbirlər zamanı gənclər xüsusi aktivliklə seçilir. Gənclərimiz Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında fəallıq göstərirlər. Çünki gənclərimiz Cənab İlham Əliyevə qəlbən inanır və bilirlər ki, ölkəmizin parlaq gələcəyi yalnız Cənab İlham Əliyevin uğurlu siyasətindən asılıdır. Necə ki, ötən illərdə biz hamımız şahidi olduq ki, Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq Azərbaycanın sürətli inkişafını təmin etdi. Hər birimiz əminik ki, Cənab İlham Əliyev bundan sonra da Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalacaq və ölkəmiz hər zaman yeni-yeni uğurlara imza atacaq. Cənab İlham Əliyev ölkəmizdə hər bir sahəyə olduğu kimi, gənclər sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşır, gənclərin hər bir problemini həll edir. Bütün gənclər kimi biz də Cənab İlham Əliyevin ətrafında sıx birləşmişik və 9 oktyabrda Cənab İlham Əliyevə səs verəcəyik.
Riyad Məmmədzadə,
YAP Səbail rayon Gənclər Birliyi idarə heyətinin üzvü:
- Qarşıdan gələn əlamətdar gün prezident seçkiləri günüdür. Bu gün Azərbaycan xalqının tarixində vacib günlərdən sayılır. Çünki xalq həmin gün özünə dövlət başçısı seçir. Əhalinin bütün təbəqəsi kimi, gənclik də bu mühüm və önəmli işdə yaxından iştirak edir. Seçki prosesində fəallıq göstərən gənclər müxtəlif tədbirlər, təbliğat xarakterli flaşmoblar keçirir, sosial şəbəkələrdə yüksək fəallıq göstərir, bu önəmli işdən yorulmadan çalışırlar. Biz gənclər əmin - amanlıq, sabitlik, dinamik inkişafı təmin edən sosial - iqtisadi tərəqqinin memarı və qurucusu Cənab İlham Əliyevin ətrafında birləşərək Onu dəstəkləyəcək və yekdilliklə səs verəcəyik. Xalqımızın yeganə amalı və arzusu budur ki, Cənab İlham Əliyevi yenidən növbəti 5 ildə də prezident görək. Biz bunun reallaşacağına əminik. Gənclik Cənab İlham Əliyevə inanır.
Anar Xəlilov,
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri:
- Hər zaman gənclərimiz hər yerdə layiqli yer tutublar. Təbii ki, bütün bunların əsasında Cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı dayanır. Məhz bunun nəticəsində də Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bakı şəhəri də daxil olmaqla bütün regionlarımızda keçirilən təbliğat-təşviqat kampaniyası bunun bariz nümunəsidir. Bölgələrimizdə təbliğat-təşviqat kampaniyası zamanı şahidi oluruq ki, gənclər Cənab İlham Əliyevin təbliğat-təşviqat işində fəallıq göstərirlər. Bu isə onu deməyə əsas verir ki, gənclər Cənab İlham Əliyevə inanır və Onu dəstəkləyirlər. Gənclər 9 oktyabrda Cənab İlham Əliyevə səs verəcəklər.
Cahid Süleymanov,
İntizarə Məmmədova