PDF Oxu

Siyasət

  • 15

Fiziki və əqli cəhətdən sağlam vətəndaş yetişdirmək gələcəyin təminatıdır

Fiziki və əqli cəhətdən sağlam vətəndaş yetişdirmək gələcəyin təminatıdır

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, qloballaşan dünyada Onun azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, eləcə də milli dövlətçilik ideyalarını yeni nəsillərə çatdırmaq məqsədilə fəaliyyətə başlayan Heydər Əliyev Fondu müasir həyatımızda böyük missiyasları həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın insanları əhatə edən problem və qayğılarının həllinə, onların həyat səviyyəsinin yüksəlməsinə, sosial prblemlərinin çözülməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə doğru istiqamətlənən məqsədyönlü fəaliyyəti hər kəsin diqqətindədir.Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşması ilə bu və ya digər problemlərin həllinə nail olub. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək böyük uğurlara imza atıb. Azərbaycanın birinci xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq Muğam Festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rostropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər məhz Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib. Eyni zamanda Azərbaycandan kənarda dövlət əhəmiyyətli tədbirlər keçirilib. Bütün bu və ya digər tədbirlər və layihələr Mehriban xanım Əliyevanın qısa fəaliyyət dövründə reallığa çevrilib. Bir-birinin ardınca təqdim etdiyi irimiqyaslı layihələr müxtəlif istiqamətlərə yönəlib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bir sıra təhsil ocaqlarının yenidən qurulması, əsaslı təmir və bərpa işlərinin aparılmasına xüsusi diqqət yetirib. Himayəyə və qorunmağa ehtiyacı olan uşaqlara diqqət və qayğı Heydər Əliyev Fondunun fəaliyyətində prioritet məsələlərdəndir. Mehriban xanım Əliyevanın "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində internat evləri əsaslı təmir olunub. Bir sıra tibb müəssisələri müasir avadanlıqla və dərman preparatları ilə təmin edilib. Müəssisədə uşaqlara əmək vərdişləri də aşılanır.Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbi əsaslı təmir edilib. İnternat məktəbinin əsaslı şəkildə yenidən qurulması Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı, keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələrin tərkib hissəsidir. Burada uşaqların müasir informasiya texnologiyalarına yiyələnmələri üçün kompyuter otağı yaradılmışdır. 180 yerlik məktəbdə 118 şagird təhsil alır. Burada təhsil alan uşaqlar həm də müalicəvi idman kurslarından keçirlər. Bunun üçün fizioterapiya, tibbi müayinə, loqoped otaqları, idman zalı yenidən qurulub. Uşaqlarla psixoloqlar məşğul olurlar. Xatırladaq ki, bu gün qəsəbədə əksəriyyəti Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş 10-na qədər orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Şüvəlandakı körpələr evi-uşaq bağçası da yenidən qurulub. Bu yaxınlarda isə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Yevlax rayonu Kövər kənd orta məktəbinin binası əsaslı təmir olunub, Şabranda yeni məktəb binası istifadəyə verilib. Paytaxtımızda fiziki qüsurlu uşaqlar üçün "Qayğı" reabilitasiya mərkəzinin inşası daha bir uğurlu layihələr sırasındadır. Sağlam və elmli gənclərin yetişməsi cəmiyyətin ən aktual məsələsi kimi diqqətdədir. Fiziki və əqli cəhətdən sağlam vətəndaş yetişdirmək gələcəyi təmin etməkdir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı layihələr insan amilinə xidmət edir.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər