PDF Oxu

Siyasət

  • 13

AZƏRBAYCAN XALQI MÜDRİK SİYASƏTİN DAVAMINI TƏLƏB EDİR!

AZƏRBAYCAN XALQI MÜDRİK SİYASƏTİN DAVAMINI TƏLƏB EDİR!

Bölgələrdə seçicilərlə görüşlər uğurla davam edir

Azərbaycanın bütün bölgələrində Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası mütəşəkkil qaydada keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının yerlərdə yaradılmış seçki qərargahlarının üzvləri qəsəbə və kəndlərdə seçicilərlə görüşlər keçirir, partiyanın namizədi Cənab İlham Əliyevin yürütdüyü müdrik siyasətinin uğurları, real nəticələri barədə seçicilərə ətraflı məlumatlar verirlər. Görüşlərdə iştirak edən seçicilər birmənalı şəkildə Cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini, seçkilər günü fəal şəkildə məntəqələrə gedərək, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayırlar.

UCAR

Ucarlılar öz seçimlərində israrlıdırlar

Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı partiyamızın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qazıqumlaq, Məlikballı və Təzə Şilyan kəndlərində seçicilərlə görüşlər keçirib. Görüşdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Cənab İlham Əliyevin təbliğatı çərçivəsində indiyədək keçirilən bütün görüşlərin seçicilərin böyük ruh yüksəkliyi və yüksək siyasi fəallığı şəraitində baş tutduğunu bildirib: "Cənab İlham Əliyev 10 il öncə andiçmə mərasimindəki nitqində ölkəmizin gələcəyi ilə bağlı düşüncələrini və qarşıdakı illərdə həyata keçiriləcək siyasətin tezisləri barədə bildirirdi ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və daha da güclənəcəkdir".

Görüşdə millət vəkili Elton Məmmədov və Azərbaycan Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov çıxış edərək YAP-ın namizədi Cənab İlham Əliyevin seçki platformasını seçicilərə çatdırmış, seçkilərdə seçiciləri Cənab İlham Əliyevə səs verməyə səsləmişlər.

Seçicilər adından kənd sakinlərindən Rafiq Rəhimov, Vidadi Nəbizadə, Nürəddin Xəlilov, Niyaz Xəlilov, Qarabağ Əlilləri Cəmiyyətinin rayon şöbəsinin sədri Rahib Rəsulov və başqaları çıxış edərək, birmənalı olaraq ucarlıların İlham Əliyev Cənablarını dəstəklədiklərini bildirmişlər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər