PDF Oxu

Siyasət

  • 6

İsmayıllılar xoşbəxt, firəvan gələcəyə səs verəcəklər

İsmayıllılar xoşbəxt, firəvan gələcəyə səs verəcəklər

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yeniyol və Sərdahar kəndlərində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq bildirib ki, 9 oktyabr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Təxminən 15 gün sonra Azərbaycan xalqı öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də, hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidməti kimi baxmalıdır.Rayon təşkilatınnı sədri əmin olduğunu bildirib ki, bütün dövrlərdə dövlətçiliyə sədaqətlə xidmət edən ismayıllılar bu seçkilərdə də Azərbaycan dövlətinin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcək.Görüşdə çıxış edənlər YAP-ın namizədi Cənab İlham Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirilməsi istiqamətində gördüyü möhtəşəm işlərdən, onun yüksək liderlik keyfiyyətlərindən danışaraq bildiriblər ki, qarşıdakı növbəti 5 ildə də alternativsiz namizəd olan Cənab İlham Əliyevi prezident görmək istədikləri üçün ona səs verəcəklər.

sia.az

Digər xəbərlər