PDF Oxu

Siyasət

  • 12

Azərbaycanın gələcəyi cənab İlham Əliyevlə bağlıdır

Azərbaycanın gələcəyi cənab İlham Əliyevlə bağlıdır

Prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Zaqatala rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş dünən rayonun təhsil işçiləri ilə keçirilib.Rayon Kooperativləri Cəmiyyətində keçirilən görüşdə 600 nəfər, Çobankil kəndində isə 400 nəfər partiya fəalı iştirak edib. Görüşlərdə Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov seçicilərə partiyamızın namizədi Cənab İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin rayonda görülən quruculuq işlərindən danışıb: "Bu günə kimi seçicilərlə bir sıra görüşlər keçirmişik. Bütün görüşlərdən bu qənaətə gəlmək olur ki, zaqatalılar oktyabrın 9-da hamılıqla cənab İlham Əliyevə səs verəcəklər".Görüşdə YAP Zaqatala rayon təşkilatının qadınlar şurasının sədri Vəfa Süleymanova, partiya fəallarından Fatma İsrafilova, Namidə Süleymanova, Səxavət Əliyev, həmçinin kənd ağsaqqalları çıxış edərək seçki məntəqələrinə gedəcəklərini və cənab İlham Əliyevin növbəti 5 ildə də ölkəmizə rəhbərlik etməsi üçün, ona səs verəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər