PDF Oxu

Siyasət

  • 7

Belarus paytaxtında MDB ölkələrinin vahid təhsil məkanının inkişaf etdirilməsi məsələləri müzakirə olunacaqdır

Belarus paytaxtında MDB ölkələrinin vahid təhsil məkanının inkişaf etdirilməsi məsələləri müzakirə olunacaqdır

Avrasiya Universitetləri Assosiasiyası Şurasının (AUAŞ) sentyabrın 24-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək iclasında MDB-nin iştirakçısı olan ölkələr arasında vahid təhsil məkanının inkişaf etdirilməsi məsələləri müzakirə olunacaqdır.

AUAŞ-ın iclası MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının sentyabrın 23-25-də Minskdə keçiriləcək VIII Forumu çərçivəsində təşkil olunacaqdır.

Şuranın iclasında Assosiasiyanın üzvü olan Birlik ölkələrinin - Azərbaycan, Belarus, Rusiya, Ukrayna, Gürcüstan, Tacikistan, Moldova və Latviyanın universitetlərinin 30-dan çox rektoru və prorektoru, o cümlədən Avrasiya Universitetləri Assosiasiyasının (AUA) prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Viktor Sadovniçi iştirak edəcəklər. Tərəflər Birlik ölkələri arasında vahid təhsil məkanının inkişafına, təhsil sisteminin təkmilləşdirilməsinə, universitetlərin əməkdaşlığına dair məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, AUA M.V.Lomonosov adına MDU-nun təşəbbüsü, Sovet İttifaqının ən iri 20 universitetinin dəstəyi ilə SSRİ Universitetləri Assosiasiyası kimi 1989-cu ildə özünün təsis qurultayında yaradılmışdır. 1992-ci ildə bu qurum yenidən təşkil edilərək Avrasiya Universitetləri Assosiasiyası adlandırılmışdır. Fəaliyyəti təhsil və elm sahəsində Avrasiya ideyalarının təcrübədə həyata keçirilməsinə yönəldilmiş bu ictimai qurum hazırda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandan 128 ali məktəbi birləşdirir.

yap.org.az

Digər xəbərlər