PDF Oxu

Siyasət

  • 11

“Heydər Əliyev adına” fotoalbomunun təqdimatı olmuşdur

“Heydər Əliyev adına” fotoalbomunun təqdimatı olmuşdur

Sentyabrın 23-də Bakıda keçirilən III Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Heydər Əliyev adına" fotoalbomu respublikamızın görkəmli elm və mədəniyyət xadimlərinə, ictimaiyyət nümayəndələrinə təqdim olunmuşdur.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı fotoalbomun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğu diqqətə çatdırılmışdır. Məlumat verilmişdir ki, "Renessans" Nəşrlər Evində çap olunmuş toplunun rəhbəri və "Ön söz"ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçisi nazirin birinci müavini Vaqif Əliyev, mətn müəllifləri isə Vaqif Bəhmənli və Ələddin Əsədzadədir.

Qeyd olunmuşdur ki, kitabda özül daşları ümummilli lider Heydər Əliyevin əli ilə düzələn, onun arzuları və istəkləri timsalında bəhər verən doğma ünvanlardan, Ulu Öndərin adını daşıyan küçə, yol, prospekt, mədəniyyət ocaqları, limanlar, bağlar və parklar haqqında danışılır.

Tədbirdə çıxış edənlər bütün həyatını və fəaliyyətini millətin yüksəlişinə həsr etmiş unudulmaz insan, böyük azərbaycanlı, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmış, "Heydər Əliyev adına" fotoalbomun Ulu Öndərə xalqımızın sonsuz sevgisinin bariz nümunəsi olduğunu vurğulamışlar.

yap.org.az

Digər xəbərlər