PDF Oxu

Siyasət

  • 9

Gənclər Cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər

Gənclər Cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər

9 oktyabr Azərbaycanda prezident seçkiləri günüdür. Seçkinin təbliğat-təşviqat kampaniyasına isə artıq başlanılıb. YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası seçicilərin yüksək fəallığı ilə davam edir. Seçki kampaniyasında iştirak edən gənclər bizimlə söhbətlərində YAP-ın namizədi Cənab İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini bildirdilər.

Yusif Babanlı: "Gənclərimiz və bütövlükdə xalqımız Cənab İlham Əliyevə 9 oktyabrda səs verəcək"

Yusif Babanlı,

YAP Nərimanov rayon gənclər birliyinin sədri:

- 16 sentyabrdan başlayan YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası, bütün regionlarda olduğu kimi, paytaxda da uğurla davam etdirilir. YAP Nərimanov rayon gəncləri də bu, kampaniyasında dayanmadan, fəal şəkildə iştirak edirlər. Biz əminik ki, Cənab İlham Əliyev Azərbaycan Respublikasının növbəti 5 ildə də prezidenti seçiləcək. Çünki xalqımız Cənab İlham Əliyevi dəstəkləyir. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli, layiqli davamçısıdır. Gənclərimiz və bütövlükdə xalqımız Cənab İlham Əliyevə 9 oktyabrda səs verəcək. Biz parlaq gələcəyimizi yalnız Cənab İlham Əliyevlə görürük. Çünki Cənab İlham Əliyevin Azərbaycan Prezidenti olaraq 10 illik fəaliyyəti dövründə şahidi olduq ki, ölkəmizin bütün sahələri yüksək səviyyədə inkişaf etdi. Cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib.

Jalə Hüseynova,

YAP Xızı rayon gənclər birliyinin sədri:

- Gənclərimiz bütün ictimaiyyət kimi təbliğat-təşviqat kampaniyasında aktiv iştirak edir. Tərtib olunmuş qrafikə uyğun olaraq Xızının mərkəzində və onun kəndlərində seçicilərlə görüşlər keçirilir, söhbətlər aparılır. Bu kampaniyada gənclərimizdə fəal iştirak edirlər. YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak edən gənclər yorulmadan öz işlərini ən yaxşı şəkildə həyata keçirirlər. Cənab İlham Əliyevin 9 oktyabr prezident seçkilərində qalib gələcəyi mütləqdir. Xalqımız Cənab İlham Əliyevə 9 oktyabrda səs verməklə, bir daha Azərbaycanın parlaq gələcəyinə səs vermih olacaqlar. Çünki Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz hər an parlaq qələbələrə imza atır. Həmçinin, bu uğurlu siyasət gənclər sahəsini də əhatə edir. Nəticədə isə gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlamlığının və sosial müdafiəsinin güclənməsinə nail olunub. Gənclər və bütün xalqımız Cənab İlham Əliyevin apardığı bu uğurlu siyasətdən razıdırlar və bu siyasətin davam etməsi üçün 9 oktyabrda Cənab İlham Əliyevə səs verəcəklər.

Cahid Süleymanov

Digər xəbərlər