PDF Oxu

Siyasət

  • 8

ÇEÇENLƏR CƏNAB İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİR

ÇEÇENLƏR CƏNAB İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİR

Çeçenistanın millət vəkili Salamun Asuyev: "Azərbaycanın bu cür inkişafı məhz İlham Əliyev Cənablarının yürütdüyü düzgün siyasətin nəticəsidir"

FUAD RZAYEV: "BAKI VETERANLARI VƏ ƏLİLLƏRİ ADINDAN BƏYAN EDİRƏM Kİ, BİZ İLHAM ƏLİYEVƏ SƏS VERƏCƏYİK"

Dünən Azərbaycan Respublikasının Bakı Əlillər və Veteranlar Birliyinin təşəbbüsü ilə Rusiya Federasiyasının Çeçenistan Muxtar Respublikasının Veteranlar və Əlillər Birliyi arasında yeni müqavilənin bağlaması və 9 oktyabr prezident seçkilərinin favoridinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Cənab İlham Əliyevə dəstək məqsədi ilə mətbuat konfransı keçirildi.

Məlumat üçün qeyd edək ki, Gürcüstan və Rusiyanın 3 milyon veteranlarını birləşdirən bu qurum Türkiyə separatizmə və terrorizmə qarşı mübarizədə bir yerdə olduğumuza dair müqavilə artıq imzalanıb. Növbəti müqavilə isə Çeçenistan Muxtar Rspublikası ilə imzalanması üçün Çeçenistandan Bakıya qonaqlar dəvət edildi və bu müqavilə dünən reallaşdı. Müqavilə Çeçenistan Muxtar Respublikasının Veteranlar və Əlillər İctimai Birliyinin sədri, Çeçenistan Respubliksının millət vəkili Salamun Asuyev və Azərbaycan Respublikasının Bakı Veteranları və Əlilləri İctimai Birliyinin sədri Fuad Rzayev arasında imzalandı.

Mətbuat konfransında çıxış edən Bakı Əlilləri və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev ilk olaraq bildirdi ki, qarşıdan prezident seçkiləri gəlir və Bakı vetkranları bu seçkilərdə fəal iştirak edirlər: "Mən Bakı Veteranları və Əlilləri adından bəyan edirəm ki, biz İlham Əliyevə səsə verəcəyik". Daha sonra Çeçenistanın millət vəkili Salamun Asuyev çıxış edərək bağlanan dostluq və separatizmə qarşı mübarizə xarakteri daşıyan bu sazişin Azərbaycan və Çeçenistan xalqı üçün nə qədər önəmli olduğundan danışdı. O, qeyd etdi ki, özünü Azərbaycanda öz doğma vətənindəki kimi hiss edir və bu gün Azərbaycanda olduqca gülərüz və xoşbəxt insanları gördükdə, çox sevinir. Daha sonra Salamun Asuyev bildirdi: "Bu gün Azərbaycanın bu cür inkişaf etməsindən insanların üzünün gülməsi, xoşbəxt həyatı və sülh şəraitində yaşamaları məhz Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının yürütdüyü düzgün siyasətin nəticəsidir".

Konfransda həmçinin Qadın Veteranları İctimai Birliyinin sədri İradə Abbas, polkovnik Telman Mehdiyev, polkovnik Əli Qurbanəliyev və digər qonaqlar iştirak edirdi.

Ülkər Musazadə

Digər xəbərlər