PDF Oxu

Siyasət

  • 12

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Zərdab rayonunda Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib

Azərbaycan Respublikasının önəmli günlərindən biri də 9 oktyabrda keçiriləcək prezident seçkiləri günüdür. Həmin gün xalq özünə dövlət başçısı seçəcək. Bu önəmli və məsuliyyətli gündə xalqımızın səs verəcəyi tək namizəd Cənab İlham Əliyevdir. YAP-ın namizədi olan Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində, ölkəmizin bütün bölgələrində olduğu kimi, Zərdab rayonunda da seçicilərlə görüşlər keçirilir. Dünən YAP Zərdab rayon təşkilatının Seçki Qərargahı seçicilərlə növbəti görüşünü Körpükənd kəndində keçirib. Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, Zərdab rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Hüseyn Həsənov, Gəlmə kənd orta məktəbin direktoru Gülağa İsgəndərov, Hüseynxanlı kənd məktəbinin direktoru Məkkə Həmidova, əməkdar müəllimə Sara Sultanova, rayon ziyalısı, sahibkar Zabit Davudov, YAP Zərdab rayon gənclər birliyinin fəal üzvü İlkin Əliyev çıxış ediblər.

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudov çıxış edərkən qeyd etdi ki, bütün zərdablılar Cənab İlham Əliyevin uğurlu siyasətinə inanır və 9 oktyabrda Cənab İlham Əliyevə səs verəcək: "Xalqımız Cənab İlham Əliyevin 10 illik prezidentlik fəaliyyəti dövründə gördüyü işləri yüksək qiymətləndirirlər. Hər bir Azərbaycan vətəndaşına məlumdur ki, məhz Cənab İlham Əliyevin yürütdüyü düzgün siyasəti nəticəsində ölkəmiz dünya arenasında dayanmadan uğurlara imza atır. Bütün bu uğurları, sabitliyi, əmin-amanlığı görən xalqımızın seçimi, təbii ki, Cənab İlham Əliyev olacaq".

Daha sonra görüşdə kənd sakinləri adından Körpükənd kənd orta məktəbin direktoru Rüxsarə Eminova, kənd ağsaqqalı, torpaq mülkiyyətçisi Tapdıq Əliyev çıxış edərək, 10 il ərzində ölkədə gedən inkişafdan, tərəqqidən, əhaliyə olan diqqət və qayğıdan danışdılar. Cənab İlham Əliyevin Azərbaycan xalqının əvəzolunmaz, alternativsiz lideri olduğu bildirildi. Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısını Azərbaycanın bütün bölgə əhalisi kimi zərdablılar da görüb, hiss edir. Buna görə də, biz zərdablılar 9 oktyabrda YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcək.

İntizarə Məmmədova

Digər xəbərlər