Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cənab İlham Əliyevin təbliğat təşviqat-kampaniyası seçicilərin yüksək fəallığı ilə uğurla həyata keçirilir. Bu taleyüklü tədbirdə müəllimlər də öz talelərinə biganə qalmayaraq fəallıqları ilə seçilirlər.
Buludxan Xəlilov, ADPU-nin filologiya fakultəsinin dekanı, professor:
- Demokratik cəmiyyətə malik Azərbaycanda hər bir kəs öz iddiasını ortaya qoyaraq, mübarizə aparmağı bacarır. Ancaq bəzi demokratiyadan anlayışı olmayan insanlar öz iddialarını məcrasından çıxaraq, hüquq normalarına, qayda-qanunlara riayət etmədən ifadə edirlər. Bu hallara prezidentliyə namizədlərin teledebatlarında daha çox rast gəlinir. Hər bir prezidentliyə namizəd bilməlidir ki, onlar cəmiyyətin diqqət mərkəzindədirlər. Bu baxımdan da, hər bir fikiri düşünüb sonra danışmalıdırlar. Onlar öz nitqlərində konkret platforma irəli sürmək əvəzinə, cəmiyyətdə nüfuz sahibi olan insanların ünvanlarına təhqiramiz fikirlər söyləyirlər. Ancaq onlar unutmamalıdırlar ki, bu cür yalan və böhtan xarakterli fikirlərlə cəmiyyəti çaşdıra bilməzlər. Teledebatlardan sonra belə bir qənaətə gəlmək mümkündür ki, prezidentliyə namizədliklərini verən bəzi ölkə vətəndaşları hələ də 80-90-cı illərin düşüncə tərzindədilər. Yəni, o illərdəki kimi boğazdan yuxarı, emosional danışmaq vərdişindən əl çəkməyiblər. Bu tipli insanların cəmiyyətə baxışı, intellektləri haqqında çox pis təsəvvür yaradılır. Onlar nəzərə almalıdırlar bu gün cəmiyyətimizin intellekt səviyyəsi, düşüncəsi çox yüksək səviyyədədir. Bizim cəmiyyətimizi aldatmaq mümkün deyil. Onların çıxışlarına baxanda xalq görür ki, Cənab İlham Əliyevlə bu kimi insanlar arasında müqayisə edilməyəcək qədər bir zirvə var. Cənab İlham Əliyev öz fəaliyyəti, dünyagörüşü, intelekti, cəmiyyətə baxışı ilə bu zirvəni fəth edib.
Tərlan Novruzov, dünya ədəbiyyatı kafedrasının müdiri, professor:
- Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası zamanı C.Həsənlinin hökumət və xalq əleyhinə təhqiramiz fikirləri yersizdir. C.Həsənli bu fikirləri ilə Cənab Prezidenti deyil, xalqı təhqir etmiş oldu. Çünki Prezident bizim vahid Prezidentimizdir və O, xalqı təmsil edir. Bu gün Azərbaycanda Cənab İlham Əliyev alternativsiz namizədir. Prezident kürsüsünə Cənab İlham Əliyevi layiq görürəm. Çünki dünya dövlətləri arasında Azərbaycanı kifayət qədər tanıtdırıb. Cənab İlham Əliyev dünya siyasətini daha dərindən bilən Prezidentdir. Cənab İlham Əliyev hər bir sahəyə diqqət və qayğı ilə yanaşır. Birmənalı şəkildə xalqın seçimi Cənab İlham Əliyevdir.
Oqtay Rza, əməkdar müəllim, dosent:
- Cənab İlham Əliyev Azərbaycan dövlətinin çiçəklənməsi üçün bütün işləri görüb. Bu da öz bəhrəsini müsbət şəkildə verib. Bütün dünya siyasətçiləri Cənab İlham Əliyev təcrübəsinin, zəkasının, biliyinin, savadının və fiziki qüvvəsinin şahididirlər. Prezident İlham Əliyev beynəlxalq aləmdə, siyasət dünyasında uğurlu addımlarını ata-ata Azərbaycanı tanıdıb. Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri günü səsimizi Cənab İlham Əliyevə verəcəyik. Ona görə ki, Cənab İlham Əliyev Azərbaycan dövlətinin yüksək şəkildə inkişaf etdirmək gücünə malikdir. Azərbaycan dövləti dünya dövlətləri arasında özünə kifayət qədər hörmət qazanıb. Bunun da səbəbkarı məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Çünki Prezident İlham Əliyev Azərbaycanı dünyaya tanıtdırıb. Hər zaman Cənab İlham Əliyevin apardığı güclü siyasətlə bir çox uğurlara imza atan Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaqdır.
Himalay Qasımov, ADPU-nin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, professor:
- Əlbəttə, bizim seçimimiz Cənab İlham Əliyev olacaqdır. Çünki həm Azərbaycan xalqı, həm də, dünya dövlətləri Cənab İlham Əliyevin Prezident olaraq 10 il ərzində xalqı və dövləti üçün gördüyü işləri çox gözəl bilir və görülən bu işlər də göz qabağındadır. Bu baxımdan xalq 9 oktyabr prezident seçkilərində Cənab İlham Əliyevə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olacaqlar. Birmənalı olaraq xalq Cənab İlham Əliyevi dəstəkləyir.
Cəmil Həsənlinin teledebat zamanı o cür təhqiramiz fikirləri utancvericidir. Buna görə, onun namizədliyi ləğv olunmalıdır.
İntizarə Məmmədova,
Gülyanə Ağakərimova