PDF Oxu

Siyasət

  • 14

87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin dairə seçki komissiyası prezident seçkilərinə tam hazırdır

87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin dairə seçki komissiyası prezident seçkilərinə tam hazırdır

87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin dairə seçki komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə tam hazırdır. 87 saylı Ağsu-İsmayıllı dairəsi dairə seçki komissiyasının sədri Azad Dursunəliyev AzərTAc-a bildirmişdir ki, dairə üzrə 62 seçki məntəqəsi fəaliyyət göstərir ki, onlardan da 56-sı Ağsuda, 6-sı isə İsmayıllı rayonundadır.Qarşıdan gələn seçkilərə hazırlıq çərçivəsində bütün məntəqələr təmir olunmuş, lazımı inventar və avadanlıqla təchiz edilmiş, səsvermə kabinələri quraşdırılmış, məntəqələrdə generatorlar qoyulmuşdur. Həmçinin hər məntəqə daşınmaz və daşınan seçki qutuları ilə təmin olunmuşdur.Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilərək çap olunmuş sonuncu seçki siyahıları paylanaraq xüsusi lövhələrdə divarlara vurulmuşdur.Seçki Məcəlləsinə uyğun olaraq hər məntəqədə təşviqat lövhəsi də hazırlanmışdır.Seçkilərə hazırlıq çərçivəsində 9 məntəqədə, o cümlədən şəhərdəki 1, 2, 3, 4, 5, 6, 7 saylı, habelə 27 saylı Pirhəsənli, 28 saylı Qaraqoyunlu seçki məntəqələrində veb-kameralar quraşdırılmışdır.

AzərTAc

Digər xəbərlər