PDF Oxu

Siyasət

  • 9

Astarada məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər keçirilir

Astarada məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər keçirilir

Sentyabrın 23-də 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının (DSK) inzibati binasında dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılmışdır.

AzərTAc xəbər verir ki, maarifləndirici məqsəd daşıyan və üç gün davam edəcək treninqlərdə məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri iştirak edirlər.

Treninqlərdə Mərkəzi Seçki Komissiyanın (MSK) treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunacaq müxtəlif prosedurlarla bağlı məlumat verilir.

Treninqlərin ilk günündə 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının sədri Hikmət Əkbərov, DSK-nın katibi Gülhəsən Əkbərov, baş məsələhətçi Malik Hüseynov və məsləhətçi Afət Səmədov "Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması"," Səsvermə prosedurlarına dair praktiki tapşırıqlar", "Əvvəlki treninqlərdə qazanılmış təcrübə. Seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması" mövzularında çıxış etmişlər.

Treninqlər zamanı hər bir məntəqə seçki komissiyasının üzvünə "Seçki günü üçün yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokolun nümunəsi və bir sıra digər sənədlər verilir.

AzərTAc

Digər xəbərlər