Yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1119,8 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox sərnişin daşınmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, daşınmanın 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus təyyarələrlə həyata keçirilmişdir.
Bu nəqliyyat növü ilə yükdaşıma 1,9 dəfə artaraq 73,8 min tona çatmışdır.
yap.org.az