PDF Oxu

Siyasət

  • 13

Qafqaz Müsəlmanları İdarəsinin sədri Astanada beynəlxalq elmi-praktik konfransda iştirak edəcəkdir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Astanada beynəlxalq elmi-praktik konfransda iştirak edəcəkdir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan parlamenti Senatının sədri Kayrat Maminin dəvəti ilə sentyabrın 24-də bu ölkəyə səfər edəcəkdir.

QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, səfərin məqsədi sentyabrın 25-də Astanada keçiriləcək "Qazaxıstan Respublikası Prezidentinin sivilizasiyaların dialoqunda rolu" mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir.

Konfrans Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Astanada keçirilən dünya və ənənəvi dini liderlərin ilk sammitinin 10 illiyinə həsr olunmuşdur. Şeyxülislam Allahşükür Paşazadə konfransın Rəyasət Heyətində təmsil olunur.

Allahşükür Paşazadənin konfransın açılış mərasimində çıxışı, Astana Sammitlərinin Təşkilat Komitəsinin sədri, Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami ilə görüşü nəzərdə tutulmuşdur.

yap.org.az

Digər xəbərlər