"Mənim Prezidentim" ümumrespublika kampaniyası qısa müddətdə böyük populyarlıq qazanıb. Kampaniya bir sıra istiqamətlərdə davam etdirilir. ARGTMŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun növbəti aksiyası Bakıda sürücülər arasında baş tutub. Gənclər Bakı şəhərində gəzərək avtomobil sürücülərinə "Mənim Prezidentim" stikerləri paylayaraq, sürücülərə hədiyyələr bağışlayıblar. Kampaniya həftənin sonuna kimi davam edəcək.Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu son 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaq məqsədi ilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək və Təşəbbüs Qrupuna qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə və www.mp2013.azveb-saytına daxil olmaq kifayətdir.
sia.az