"Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər davam etdirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda məsələ ilə əlaqədar şirkətin tərkibində fəaliyyət göstərən Xüsusi Komissiya araşdırma aparır: "Hazırda Xüsusi Komissiya hadisə yerindədir. "Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması sahəsində görülən işlər barədə sözügedən komissiya Dövlət Neft Şirkətinə açıqlama verdikdən sonra mətbuat da məsələ ilə əlaqədar məlumatlandırılacaq".Qeyd edək ki, avqustun 17-də "Bulla-Dəniz" yatağındakı 90 saylı quyuda qazma işləri zamanı qəza baş verib. Yataqda baş vermiş qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edib.
sia.az