PDF Oxu

Siyasət

  • 12

Bəxtiyar Sadıqov: "İlham Əliyevin uğurları dünyaya nümunə, Azərbaycan üçün isə qürurdur"

Bəxtiyar Sadıqov: "İlham Əliyevin uğurları dünyaya nümunə, Azərbaycan üçün isə qürurdur"

"Prezident İlham Əliyevin fəaliyyəti və uğurları artıq uzun müddətdir ki, Azərbaycanın hüdudlarından kənarda beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb". SİA-ya açıqlamasında millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Böyük Britaniyanın "Diplomat" jurnalının Azərbaycan Prezidenti İlham Əliyev haqqında "İlham: Bir Prezidentin portreti" adlı dərc etdiyi məqalədən danışarkən belə deyib. O bildirib ki, ölkə rəhbərinin uğurları bütün Avropaya və dünyaya nümunə, Azərbaycan üçün isə qürurdur: "İlham Əliyevin təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də gördüyü işlərin uğurlu nəticələri bütün dünyaya bəllidir. Zaman keçdikcə, beynəlxalq qurumlar və təşkilatlar, müxtəlif reytinq agentlikləri cənab Prezidentin gördüyü işlərin hansısa bir məqamına toxunmaqla ona məqalələr, portretlər həsr edirlər. Bununla da sözügedən qurumlar və təşkilatlar İlham Əliyevin prezidentlik fəaliyyətini, əldə olunan uğurları etiraf etmiş olurlar. Ölkə rəhbərinə olan bu münasibət görülən işlərin Avropa və bütövlükdə dünya üçün çox gərəkli və vacib olduğunun göstərir. Yetərincə tanınmış jurnalın dövlət başçısının nailiyyətlərinə bu qədər diqqət yetirməsi onun dünya tərəfindən qiymətləndirilməsinə nümunədir".Millət vəkilinin sözlərinə görə, qeyd olunan məqalə dövlət başçısının ilk uğuru deyil: "Ölkəmiz üçün böyük bir fəxrdir ki, bir sıra beynəlxalq təşkilatlar və agentliklər İlham Əliyevi ilin adamı elan ediblər. Bu da beynəlxalq aləmin cənab Prezidentə dəstəyinin bir təcəssümüdür. İlham Əliyev nə qədər Azərbaycana rəhbərlik etsə, ölkəmizin uğurları bir o qədər çox olacaq. Bunu azərbaycanlılarla yanaşı, dünya xalqları da dərk edirlər. 10 ildə ölkəmizdə əldə olunan nailiyyətlər, sürətli inkişaf beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Çünki dövlətin uğurlarının artması, Azərbaycanın dünyanın inkişafına verdiyi töhfələrin sayının artacağı deməkdir. Məhz buna görə də, təkcə Azərbaycan xalqı deyil, eyni zamanda bütün dünya Prezident İlham Əliyevin bundan sonrakı 10 illikdə də hakimiyyətini dəstəkləyir. Biz də ölkə vətəndaşı olaraq dövlətimizin əldə etdiyi bütün uğurlardan qürur duyuruq. İlham Əliyevin dünya siyasətində, baş verən beynəlxalq iqtisadi proseslərdə sərgilədiyi fəaliyyətini hər kəs görür və bu uğurların müəllifi kimi cənab Prezidentin nailiyyətlərini qiymətləndirirlər".

sia.az

Digər xəbərlər