9 oktyabr Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin İsmayıllı rayonu üzrə Seçki Qərərgahının təbliğat qrupu Xanagah kəndində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Ə.Vahabova açıb.Onun sözlərinə görə, İlham Əliyevin gördüyü bütün bu işlər xalqımızın firəvan yaşamasına, dövlətimizin gələcəyinə xidmət edir: "Prezident İlham Əliyev hansı postu tutmasından, hansı vəzifəni icra etməsindən asılı olmayaraq, üzərinə götürdüyü bütün işlərin öhdəsindən böyük bacarıqla gəlib. Biz 2003 və 2008-ci illərdə Prezident İlham Əliyevə səs vermişik və görmüşük ki, seçimimiz doğrudur. İndi yenidən bu seçimi təkrarlayacağıq ki, nailiyyətlərimiz davam etsin".Qeyd edək ki, görüşdə 7 nəfər çıxış edib. Çıxış edənlər YAP-ın namizədi cənab İlham Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, onun yüksək liderlik keyfiyyətlərindən danışıb, qarşıdakı illərdə yalnız onu prezident görmək istədiklərini ifadə ediblər.
sia.az