Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın xəbərinə görə, kampaniya çərçivəsində bu gün YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb.YAP BDU ilk partiya təşkilatının sədri Daşqın Qənbərov çıxış edərək bildirib ki, gənclərimiz YAP-ın namizədi cənab İlham Əliyevi dəstəkləyir.Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov 10 il ərzində Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb. Bildirib ki, məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünya arenasında özünəməxsus yer tutub.T.Əhmədov bildirib ki, Azərbaycanda gənclərə bir çox imkanlar yaradılır: "Artıq Azərbaycan gəncləri dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarında oxuyur. Bu amil gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir".T.Əhmədov vurğulayıb ki, gənclər cəmiyyətimizin əsas hərəkətverici qüvvəsidir və ona görə də seçki günü aktiv gənclər daha aktiv olmalıdırlar. Çıxış edən gənclər bildiriblər ki, seçkidə YAP-ın namizədi İlham Əliyevə səs verəcəklər. Çünki gənclər sabahlarını məhz İlham Əliyevin yürütdüyü siyasətdə görürlər.
sia.az