Şamaxıda cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən seçicilərlə zirvə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bildirib ki, keçirilən bütün görüşlərin aurası onu göstərir ki, xalq İlham Əliyevlədir: "Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti sayəsində Azərbaycan adlı gəmi təlatümlü, böhranlı və təhlükəli dalğalardan yan keçərək, sakit bir sahildə lövbər salıb. Azərbaycan bayrağını yüksəklərə qaldıran, haqq səsimizi beynəlxalq kürsülərdə səsləndirən, xalqın güzəranını yaxşılaşdıran, dövlətimizi abadlaşdıran, gözəlləşdirən məhz Heydər Əliyev siyasi kursunun və məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Azərbaycanı işıqlı sabaha, yeni uğurlara aparan namizədə - Prezident İlham Əliyevə səs verək".Daha sonra tədbirdə professor Əlikram Abdullayev, akademik Kamal Abdullayev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Aydın Alcanov və başqaları çıxış ediblər.Rəsmi hissədən sonra tədbiri Azərbaycanın incəsənət ustaları öz ifaları ilə davam etdirib.
sia.az