PDF Oxu

Siyasət

  • 12

Şəmkirlilərin seçimi İlham Əliyevdir

Şəmkirlilərin seçimi İlham Əliyevdir

YAP Şəmkir rayon təşkilatı hakim partiya tərəfindən namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün rayonun Dəllər-Cəyir kəndində seçicilərlə növbəti görüşünü keçirilib.Görüşdə çıxış edən YAP Şəmkir rayon Seçki Qərargahının sədri Fəxrəddin Vəliyev bildirib ki, son 10 ildə əldə olunan nailiyyətlər və qazanılan uğurlar Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq: "Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət son 10 ildə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, ölkəmiz dinamik inkişaf yoluna qədəm qoyub. Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, iqtisadi tərəqqi, sosial inkişaf dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edib, ölkəmizin beynəlxalq aləmdə nüfuzu yüksəlib. Bütün bunları nəzərə alıb, 9 oktyabr prezident seçkilərində hamını ölkə başçısı İlham Əliyevə səs verməyə çağırıram".Qeyd edək ki, bugünkü görüşdə həmçinin şəmkirli şair, publisist Taleh Həmid və kənd sakinləri iştirak ediblər.

sia.az

Digər xəbərlər