PDF Oxu

Siyasət

  • 17

İlham Əliyev-xalqın güvəndiyi rəhbər

İlham Əliyev-xalqın güvəndiyi rəhbər

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin YAP Qobustan rayon üzrə Seçki Qərərgahının üzvləri seçicilərlə görüşlərini uğurla davam etdirirlər. SİA-nın məlumatına görə, seçicilərlə növbəti görüş rayonun Çuxanlı kəndində keçirilib.Görüşdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verib: "Ötən prezident seçkilərindən sonra, andiçmə günündən bu günədək mütəmadi olaraq və yüksək intensivlik şəraitində cənab İlham Əliyev Azərbaycanın bütün regionlarını gəzib, insanlarla görüşlər keçirib, onları dinləyib. Həmin görüşlərin və söhbətlərin nəticələri bir qayda olaraq regionun inkişafına dair yeni proqramın qəbul olunması formasında özünü göstərib. Təkcə belə bir faktı deyə bilərəm ki, 10 il ərzində İlham Əliyev 300 dəfədən çox Azərbaycanın bölgələrinə səfər edib. Bu isə orta hesabla hər ildə 30-dan çox səfər deməkdir. Deməli, cənab Prezident daim xalqın arasında olub. Həm onların həyatı ilə maraqlanıb, həm də özünün ölkəmizin gələcəyi ilə bağlı planlarını, başqa sözlə ifadə etsək, seçki proqramını xalqa çatdırıb. Xalqla daim və yaxın ünsiyyət İlham Əliyevin iş prinsipidir. Son 5 il ərzində bu ünsiyyət heç zaman fasilə verməyib. İndi, seçki kampaniyası dövründə onun özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur. Prezident seçkiləri kampaniyasında iştirak edən digər namizədlərin özünü xalqa tanıtmağa ehtiyacı var. Qoy onlar şəxsən təbliğatları ilə məşğul olsunlar"."Cənab İlham Əliyevin seçki təbliğatı kampaniyası onun gördüyü və hamıya yaxşı bəlli olan işləridir, bu səbəbdən də cənab Prezidentin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə əslində, ehtiyac qalmır və prezidentin iş qrafikində seçki ilə əlaqədar dəyişikliklər edilməsi nəzərdə tutulmur. Seçki kampaniyasına gəldikdə isə, bu işi böyük həvəslə Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri və Prezidentin çoxsaylı tərəfdaşları yerinə yetirəcək. Xalqın böyük əksəriyyətinin dəstəyi və cənab İlham Əliyevə olan dərin inamı seçki kampaniyasının ən mühüm üstünlüyü kimi yadda qalacaq",- deyə sədr fikirlərinə əlavə edib.Rayon təşkilatının sədri 9 oktyabr prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb və azad, ədalətli, şəffaf şəraitdə keçiriləcək bu seçkilərdə də xalqın iradəsinin qələbə çalacağını əminliklə ifadə edib: "Qarşıdakı seçkilərin nəticəsi bir daha təsdiq edəcək ki, qobustanlılar Ulu Öndər Heydər Əliyev siyasi kursuna, bu kursu həyata keçirən prezident İlham Əliyevə sadiqdirlər".Daha sonra Qobustan rayon Seçki Qərərgahının üzvlərindən Cəbrayılov Gülağa, Cəfərov Zaur, Şahbazov Ruslan, Maxsudova Lalə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi və xarici siyasətin uğurlu nəticələrindən söhbət açıblar: "Son 10 ildə rayonumuzda əsası qoyulan yeni istehsal sahələri, kənd təsərrüfatına göstərilən diqqət, yeni yolların salınması, ən ucqar kəndlərə qaz xəttlərinin çəkilişi, park və xiyabanların salınması, yeni inzibati binaların tikilərək istifadəyə verilməsi, məktəb və uşaq bağçalarının tikintisi və təmiri aparılan mühüm işlərin bir parçasıdır".Çuxanlı kənd seçiciləri də cənab İlham Əliyevin başçılığı ilə qazanılan uğurları və siyasəti dəstəkləyərək, 9 oktyabrda bu siyasətin davamına – cənab İlham Əliyevə səs verəcəklər.Kənd sakinlərindən Yaqubov Ağaşah, Qurbanov Heybət, Maxsudova Təranə və başqaları çıxış edərək İlham Əliyevin ötən 10 ildə həyata keçirdiyi xarici və daxili siyasəti yüksək qiymətləndirərək qarşıdakı prezident seçkilərində alternativsiz namizəd İlham Əliyevə səs verəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər