PDF Oxu

Siyasət

  • 7

TürkPA baş katibinin diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul keçirilimişdir

TürkPA baş katibinin diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul keçirilimişdir

Sentyabrın 24-də Bakıdakı "Four seasons" otelində TürkPA baş katibi Ramil Həsənovun diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən R.Həsənov TürkPA-nın fəaliyyət göstərdiyi beş illik dövrdəki nailiyyətlərindən danışmışdır. Qeyd etmişdir ki, oktyabrın 1-dən etibarən onu Qazaxıstandan olan diplomat Jandos Asanov əvəz edəcəkdir. R.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevə TürkPA–ya göstərdiyi daimi dəstəyə görə təşəkkürünü bildirmişdir.

Toplantıda iştirak edən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun TürkPA-nın türkdilli ölkələr arasında yaxınlaşmanı daha da sürətləndirdiyini diqqətə çatdıraraq Ramil Həsənovun bu qurumdakı fəaliyyətini yüksək qiymətləndirmişdir.

Məlumat verilmişdir ki, TÜRKPA 2008-ci il noyabrın 21-də Türkiyənin İstanbul şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunmuşdur. R.Həsənov Assambleyanın 2009-cu il sentyabrın 29-da Bakıda keçirilmiş ilk plenar sessiyasında dörd il müddətinə TURKPA-nın ilk baş katibi seçilmişdir.

AzərTAc

Digər xəbərlər