"Azadlıq radio"su internet səhifəsində xüsusi "Seçki-2013" bölməsi yaradaraq, burada "namizədi tanı" keçidləri təşkil edir, yaydığı məlumatlarda və verilişlərdə qanunvericiliyin tələblərini və peşə kodeksini ciddi şəkildə pozaraq konkret namizədin xeyrinə təşviqatla məşğul olur. Bu da Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması deməkdir". Bu açıqlamanı SİA-ya Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verib.A.Sarıyev bildirib ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə görə, xarici dövlətlərə və xarici hüquqi şəxslərə seçkiqabağı təşviqatın aparılması, hər hansı təşviqat materiallarının yayılması qadağan edilir: "Bu məsələ Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılaraq müvafiq qərar veriləcək".
sia.az