PDF Oxu

Siyasət

  • 4

Laçınlılar fikirlərində qətidirlər

Laçınlılar fikirlərində qətidirlər

Bu gün prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin Seçki Qərargahının Laçın rayon üzrə şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin görüşü keçirilib. SİA-nın məlumatına görə, Laçın rayonunun məcburi köçkünlərinin məskunlaşdıqları Bakı şəhəri Suraxanı rayonu yeni Günəşli yaşayış massivində seçicilərlə görüşdə millət vəkili Nazim Fərəcov iştirak edib.Seçicilərlə görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli 10 il ərzində YAP-ın namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tətbiqi ilə həyata keçirilən islahatlardan, infrastruktur layihələrinin əhəmiyyətindən danışaraq, seçiciləri 9 oktyabr Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.Milli Məclisin deputatı Nazim Fərəcov, yerli təbliğat qrupunun üzvləri Qardaşxan Dostuyev, Vaqif Şükürov, Polad Nəsirov çıxışlarında bildiriblər ki, cənab İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik və inanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçiciləcək".Görüşlərdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar: "Cənab İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən laçınlılar öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcəklər".

sia.az

Digər xəbərlər