PDF Oxu

Siyasət

  • 12

Mübariz Qurbanlı: “Ələkrəm Hümbətov satqındır”

Mübariz Qurbanlı: “Ələkrəm Hümbətov satqındır”

"Cəmil Həsənlinin Dağlıq Qarabağdan danışmağa heç bir haqqı yoxdur"

"AXC-Müsavat cütlüyünün o dövrdəki fəaliyyəti nəticəsində biz Şuşa, Laçın və Kəlbəcər kimi strateji mərəzləri itirdik". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ötən gün debatda Cəmil Həsənlinin Dağlıq Qarabağ münaqaşəsi ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Cəmil Həsənlinin Dağlıq Qarabağdan danışmağa heç bir haqqı yoxdur: "Onların xəyanətləri nəticəsində Dağlıq Qarabağ düşmənlərin işğalı altındadır. Ona görə də onların Dağlıq Qarabağdan danışmağa, münaqişənin həlli yolunda həyata keçirilən siyasətə irad tutmağa heç bir mənəvi haqqları yoxdur. Gərək üzləri olsun ki, bu barədə danışa bilsinlər. Nə İsa Qəmbər, nə Əli Kərimli, nə də Cəmil Həsənli Dağlıq Qarabağ problemi və onun həllində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərk etmək qabiliyyətinə malik deyil. "Milli Şura"nın dəstəklədiyi Ələkrəm Hümbətovun İrəvana Səfəri ilə bağlı məsələyə də münasibət bildirən M. Qurbanlı vurğulayıb ki, Ələkrəm Hümbətov satqındır: "O, millətimizə dövlətimizə xəyanət edən bir insandır. Bu xəyanətkar İrəvanda, Dağlıq Qarabağda Azərbaycan əleyhinə təxribatlarda iştirak edir. Hesab edirəm ki, Azərbaycan xalqının hər biri ona nifrətlə yanaşır".Qeyd edək ki, ötən gün Ələkrəm Hümbətov Ermənistana səfərə gedib. Bir sıra görüşlər keçirən Ə. Hümbətovun Dağlıq Qarabağa gedəcəyi də gözlənilir.Xatırladaq ki, Ə.Hümbətov bir müddət Azərbaycanda həbsdə qaldıqdan sonra, vətəndaşlıqdan məhrum edilərək, ölkədən deportasiya olunub.

sia.az

Digər xəbərlər