PDF Oxu

Siyasət

  • 6

Nizami rayonu gənclərinin seçimi İlham Əliyevdir!

Nizami rayonu gənclərinin seçimi İlham Əliyevdir!

Sədaqət Vəliyeva: Gənclər cənab İlham Əliyevi sevir, inanır və onu dəstəkləyir

Nizami rayonunda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş gənclərlə keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət VəliyevaPrezident İlham Əliyevin 10 il ərzində gənclərlə bağlı həyata keçirdiyi fəaliyyət, gördüyü işlər barədə danışıb.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan gəncliyi qüdrətli Ulu Öndər Heydər Əliyev zəkasının işığından bəhrələnərək dövlətimizin möhkəmlənməsində mühüm rol oynayır, onun aparıcı qüvvəsinə çevrilir: "Bütün gənclərə bəllidir ki, Azərbaycan prezidenti gənclərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Gənclərin problemlərini həll edir, onlara ən yüksək səviyyəli şərait yaradır".

Sədaqət Vəliyeva deyib ki, gənclər cənab İlham Əliyevi sevir, inanır və onu dəstəkləyir: "Azərbaycan son 10 il ərzində sürətlə inkişaf edib. Bu inkişaf qarşıdakı dövrdə daha geniş vüsət alacaq. 9 oktyabr prezident seçkilərinə az bir müddət qalır. Siz gənclərin səsi ölkənin gələcəyi üçün əhəmiyyətlidir. Gənclər öz vətəndaşlıq hüquqlarını yerinə yetirərək səsvermədə iştirak etməlidir".

Sonra çıxış edən Bakı Dövlər Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət ƏliyevPrezident İlham Əliyevin on illik fəaliyyəti dövründə həyata keçirdiyi işlərdən danışıb: "Bu gün Azərbaycanda elə bir kənd, qəsəbə, rayon yoxdur ki, oranın yolu çəkilməsin, işığı, qazı olmasın. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Düşünürəm ki, bu seçkilər də demokratik və ədalətli bir atmosferdə keçiriləcək və seçkilərin alternativsiz lideri Prezident İlham Əliyev bu seçkilərdə də qalib gələcək, ölkəni növbəti beşillikdə də yeni-yeni uğurlarla zirvələrə daşıyacaq".

Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, 9 oktyabrda ölkəmizdə keçirləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bu kampaniyada YAP gəncləri uğurlu start götürüb və fəal şəkildə işlərini davam etdirir: "Gənclərimiz partiyamızın namizədinin təbliğat-təşviqat kampaniyasında dayanmadan, yorulmadan çalışırlar. Çünki gənclərimiz İlham Əliyevə qəlbən inanır və bilirlər ki, ölkəmizin parlaq gələcəyi yalnız onun uğurlu siyasətindən asılıdır. Ona görə də, bütün gənclər kimi YAP-ın gəncləri də cənab İlham Əliyevin ətrafında sıx birləşib və 9 oktyabrda Ona səs verəcəyik".

YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını bildirib. O, gəncləri düzgün seçim etməyə çağırıb.

Ramin Məmmədovun sözlərinə görə, gənc nəslə xüsusi diqqət və qayğı var: "Bacarıqlı, bilikli gənclər cəmiyyətdə layiqli yer tutublar. Məhz, seçkilərə gedərkən siz gənclər özünüzün, Vətənimizin gələcəyini düşünərək qərar verməlisiniz. Bu gün Azərbaycanın bütün uğurları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilməsi ilə bağlıdır. İnanıram ki, Nizami rayon gəncləri də xoşbəxt gələcəkləri naminə düzgün seçim edəcəklər".

Karate idman növü üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Taleh Babayev çıxış edərək artıq seçimini etdiyini və 9 oktyabrda Azərbaycanın gələcəyinin təminatçısı olan cənab İlham Əliyevə səs verəcəyini bildirib: "Biz idmançılar ən layiqli namizəd olan İlham Əliyevə səs verəcəyik".

18 yaşı taman olmuş və bu il ilk dəfə səs verəcək Baki Qida Sənayesi Kollecinin tələbəsi Zülfiyyə İsmayılzadə deyib ki, Prezident İlham Əliyev Azərbaycanda böyük quruculuq işlərinə başlayıb və bu işləri də məhz O davam etdirilməlidir: "Mən qürur hissi duyuram ki, ilk səsimi cənab İlham Əliyevə verəcəm".

YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Əli Pənahovdeyib ki, Gənclərin dostu və himayədarı Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşıb: "Ona görə də, cəmiyyətimizin avanqardı olan gənclərin nümayəndələri bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar düzgün seçim edəcəklər".

Yüksək əhval-ruhiyyə ilə müşahidə olunan möhtəşəm mitinqdə, əlbəttə, görüş iştirakçılarının fikirlərini öyrənmək maraqlı idi.

Ramil Vəlibəyov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son beş ildə ölkədə genişmiqyaslı yenidənqurma işləri aparılıb: "Biz bunu təhsil, səhiyyə, idman, mədəniyyət, eləcə də iqtisadi, siyasi-hüquqi və digər sahələrdə görürük. Xüsusilə qeyd edim ki, Prezident İlham Əliyevin idarəçiliyi dövründə gənclərə xüsusi diqqət göstərilib. 2007-ci ilin Gənclər İli elan olunması bunun əyani sübutudur. Bu səbəbdən biz gənclərin seçimi - gələcəyimizin təminatçısı Prezident İlham Əliyevdir".

Samirə Əliyeva isə bildirib ki, bütün Azərbaycan xalqı bu seçkilərdə yalnız Prezident İlham Əliyevə səs verəcək: "Deyim ki, son illər insanların güzəranının yaxşılaşması, sərbəst şəkildə fəaliyyət göstərməsi, azad şəkildə təhsil alması, güclü dövlət dəstəyini hiss etməsi Prezident İlham Əliyevə olan inamın, sevginin əsasıdır".

Araz Pənahov söyləyib ki, Prezident İlham Əliyev bu seçkilərin alternativsiz lideridir: "Bunu təkcə sözlə demirik, eyni zamanda bu cür təşkil olunan mitinq-görüşlərdə iştirak edərək Prezident İlham Əliyevə olan dəstəyimizi nümayiş etdiririk. Digər tərəfdən, Prezident İlham Əliyev malik olduğu şəxsi keyfiyyətlərə, idarəçilik qabiliyyətinə, uzaqgörənliyinə görə, başqa namizədlərdən xeyli fərqlənir. Bu səbəbdən biz gənclər Prezident İlham Əliyevə səs verəcəyik".

Elmir Vəliyev vurğulayıb ki, biz gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq: "Biz 15 oktyabrda Prezident İlham Əliyevə səs verməklə Ona olan inamımızı, sevgimizi sübut edəcəyik".

Ruslan Muradov deyib ki, 10 il ərzində Prezident İlham Əliyevin gördüyü işlər onun təbliğidir. ölkə infrastrukturunun yenidən qurulması, ölkədə kütləvi şəkildə abadlıq və quruculuq işlərinin aparılması, yeni-yeni sosial obyektlərin açılması, yolların çəkilməsi, körpülərin inşa olunması məhz həmin təbliğatın canlı kadrlarıdır: "Mən bütün Azərbaycan gəncliyini ölkəmizi əmin-amanlığa, yüksək sosial rifaha, stabil inkişafa və sabitliyə aparan Prezident İlham Əliyevə səs verməyə çağırıram".

sia.az

Digər xəbərlər