PDF Oxu

Siyasət

  • 8

Biləsuvarda təbliğat-təşviqat kampaniyası davam edir

Biləsuvarda təbliğat-təşviqat kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Biləsuvarda da uğurla davam edir. SİA-nın məlumatına görə, bu gün rayonunun Çinarlı kəndində seçicilərin təbliğatçılarla görüşü keçirilib.Görüşdə YAP Biləsuvar rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev, rayon təşkilatının seçki qərargahının üzvü Xalid Rüstəmov, seçki qərargahı təbliğat qrupunun üzvü Rafiq Cəfərov iştirak ediblər.Görüşdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlardan danışıb. O, daha sonra ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafı, ordu quruculuğu, elm və təhsil sahəsindəki siyasətindən söz açaraq bildirib ki, Çinarlı kəndinin seçiciləri 9 oktyabrda keçiriləcək Prezident seçkilərində ölkə başçısı Prezident İlham Əliyevə səs verəcəklər.Görüşdə YAP Biləsuvar rayon təşkilatı seçki qərargahının üzvü Xalid Rüstəmov Prezident İlham Əliyevin gənclərə və idmana göstərdiyi qayğıdan söhbət açaraq kəndin seçicilərini cənab İlham Əliyevə səs verməyə çağırıb.YAP Biləsuvar rayon təşkilatı seşki qərargahının təbliğat-təşviqat qrupunun üzvü Rafiq Cəfərov çıxış edərək ölkədə həyata keçirilən sosialyönümlü siyasətdən danışıb.Görüşdə kənd sakinlərindən müəllim Abbas Əliyev, torpaq mülkiyyəyçisi Tarverdi Həsənov, evdar qadın Tamara Əsədova, təqaüdçü Məmməd Ağayev, Qədir Cavadov Çinarlı kənd seşiciləri adından çıxış edərək bu seçkilərdə onların namizədinin ölkə Prezidenti İlham Əliyev olduğunu bildiriblər.

sia.az

Digər xəbərlər