PDF Oxu

Siyasət

  • 15

YAP-ın Qızıl Fondu “91-lər” xalqa müraciət etdi

YAP-ın Qızıl Fondu “91-lər” xalqa müraciət etdi

"Azərbaycanın gələcək inkişafı üçün İlham Heydər oğlu Əliyevə səs verin!"

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayonu üzrə Seçki Qərargahında hakim partiyanın prezidentliyə namizədi cəban İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində "91-lər"lə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, hakim partiyanın İdarə Heyətinin üzvü Kərim Kərimov və digər "91-lər" iştirak ediblər.

YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov çıxış edərək "91-lər"in Heydər Əliyevə müraciətini və Heydər Əliyevin "91-lər"lə bağlı bağlı fikirlərindən danışıb. Həmçinin, görüşdə dünyasını dəyişmiş "91-lər"dən olan 30 nəfərin ruhu yad edilib.

Z.Qaralov deyib ki, YAP Səbail rayon təşkilatı partiyanın ən böyük yerli strukturlarından biridir. O dövrün ağrılı-acılı günlərinin canlı şahidi olan Zahid Qaralov bildirib ki, xalqı və ölkəni belə ağır vəziyyətdən yalnız böyük siyasi və dövlət xadimi Heydər Əliyev xilas edə bilərdi: "Ona görə də, bir qrup ziyalı Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün iş aparmağa başladılar. Bu insanlar Ulu öndər Heydər Əliyevi partiya yaratmağa və dövlətə sahib çıxmağa, Azərbaycanı ağır vəziyyətdən xilas etməyə çağırırdılar. Xeyli təkiddən sonra böyük öndər partiya yaratmağa və ona rəhbərlik etməyə razılıq verdi. Azərbaycanın bütün rayonlarında, şəhərlərində təşəbbüs qrupları yarandı, xüsusilə insanlar "91-lər"in məhşur müraciətini yüksək qiymətləndirdilər və bu çağırışın arxasınca getdilər. Beləliklə, 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu öndər Heydər Əliyev tərəfindən partiyanın 6 maddədən ibarət nizamnaməsi hazırlanmışdı və bu nizamnamə təsis konfransında qəbul olundu. Həmin 6 maddədən ibarət olan nizamnamə müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinə çevrildi".

Diqqətə çatdırlıb ki, o zaman 500 nəfərin yığışıb təsis etdiyi partiya indi ümumxalq partiyasına çevrilib: "Heydər Əliyev belə ifadə etmişdi ki, bizim partiya Azərbaycana yeni siyasi mühit gətirməlidir, Azərbaycanı yeniləşdirməlidir. Bu siyasi təşkilatın Yeni Azərbaycan Partiyası adlandırılması təsadüfi deyildi. Çünki yeni respublika qurulmalı idi. O dövrdə ölkəmizin əraziləri işğal olunurdu, dərin iqtisadi-siyasi böhran mövcud idi. Belə bir şəraitdə dövlətə sahib çıxmaq, xalqın çağırışına cavab vermək hər insanın bacaracağı iş deyildi. Bu məsuliyyəti Ulu öndər Heydər Əliyev öz üzərinə götürdü. Sabitlik təmin olundu, daha sonra iqtisadi inkişaf başladı. Xalqın inamı, Heydər Əliyevin iradəsi, təcrübəsi və müdrikliyi idi ki, yarandıqdan 6 ay sonra YAP hakim partiyaya çevrildi. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə partiyamız uğurla inkişaf edir".

Z.Qaralov həmçinin vurğulayıb ki, 20 il müxalifətdə olanlar indi meydanlara çıxaraq özlərini "qəhrəman" kimi göstərirlər: "Onların övladları da özləri kimi çirkin və dağıdıcı yolla sabit və inkişaf edən ölkəmizdə aranı qatmaqla məşğul olur. Azərbaycan xalqı onları çoxdan tarixin səhifəsindən silib".

"91-lər" tarixin və Azərbaycan xalqının yüksək qiymət verdiyi insanlardır: "Bu insanlar tarix boyu yaşyacaq və xalqımız onları daim xatırlayacaq. Çünki yaxşı insanlar hər zaman diqqətdə olurlar"- deyə, YAP İdarə heyətinin üzvü sözlərinə əlavə edib.

Daha sonra "91-lər"dən Rizvan Vahabov, Siyavuş Şahmirov, Allahverdi Hacıyev, YAP İdarə heyətinmin üzvü Kərim Kərimov, YAP Siyasi şurasının üzvü Vilayət Əliyev, Şahlar Əsgərov və digərləri çıxış edərək dəyərli xatirələrini bölüşüblər.

sia.az

Digər xəbərlər