PDF Oxu

Siyasət

  • 8

Ağdaşlılar "İlhamla irəli" deyir

Ağdaşlılar "İlhamla irəli" deyir

Bu gün Ağdaş rayonunda seçicilərlə növbəti görüş rayonun Orta Ləki kəndində keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağdaş rayonu üzrə Seçki Qərargahının Təbliğat qrupunun üzvləri iştirak ediblər.Çıxışlarda cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 10 il ərzindəki fəaliyyətinə nəzər salınıb, onun regionlara, o cümlədən Ağdaş rayonuna göstərdiyi diqqət və qayğı faktlarla sadalanıb. Rayonda yeni iş yerlərinin açılması, müxtəlif xidmət və iaşə obyektlərinin istifadəyə verilməsi, kənd ATS-lərinin tamamilə elektronlaşdırılması görülmüş işlərə nümunə olaraq göstərilib. Qeyd olunanlarla bərabər həyata keçirilən bütün işlər əhalidə dərin razılıqla qarşılanır ki, bu da ağdaşlıların yekdilliklə cənab prezidentimizi dəstəkləməsinə əsas verir. İki seçki məntəqəsini əhatə edən Orta Ləki kəndində fəal YAP üzvləri tərəfindən yerli təbliğat qrupunun yaradılması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Çıxışlarda o da qeyd olunub ki, Orta Ləki kəndində yaşayan hər bir seçici özü cənab İlham Əliyevin təbliğatçısıdır. Bu isə möhtərəm Prezidentin ağdaşlılara olan qayğısının qarşılığıdır. Kənd sakinləri oktyabrın 9-da keçiriləcək prezident seçkilərində fəallıqla iştirak edərək Azərbaycanın uğurlu gələcəyi naminə yalnız İlham Əliyevə yekdilliklə səs verəcəklərini bəyan ediblər.

sia.az

Digər xəbərlər