Taleyüklü tədbirlər ərəfəsi ağızlarına gələni danışmaqla gündəmə gəlmək və bununla da diqqət mərkəzinə çevrilməyə ümüd bəsləyən dağıdıcı müxalifət 9 oktyabr prezident seçkiləri ərəfəsi ənənəvi ampluasını nümayiş etdirməkdədir. İnsanlar tərəfindən qəbul edilməyən anti-milli ünsürlər mənəvi kasadlıq yaşadığı bir vaxtda şəxsi məkrliliklərini tanınmış şəxslərə iftira atmaq və təhqir etməklə göstərməyə çalışırlar. Belələrinə cəmiyyətimizdə münasibət birmənalıdır: onlara cılız düşüncəli və ambisiyalı mənəviyyatsızlar deyilir. Elə bu kateqoriyaya aid olanlardan biri də İsgəndər Həmidovdur.
İsgəndər Həmidov simasızlıq və mənəviyyatsızlıq obrazında
İsgəndər Həmidov hələ 1990-cı illərin əvvəllərində AXCP-Müsavat cütlüyü hakimiyyəti silah gücünə zəbt edərkən əsas kriminal şəxslərdən biri kimi çıxış edirdi. O, vaxtilə daxili işlər naziri kimi Azərbaycanın və xalqımızın təhlükəsizliyilə deyil, birbaşa xəyanətlə məşğul olurdu. İsgəndər Həmidov eyni zamanda, ölkəmizin müstəqil və demokratik inkişafına qarşı çıxanlardan, jurnalistlərin qələmini "sındırmağa" çalışanlardan biri olub. Məhz, bu cür mövqeyilə İsgəndər Həmidov özü haqqında cəmiyyətdə simasızlıq və mənəviyyatsızlıq obrazı yaradıb. Bu səbəbdən də, onun keçmişi haqqında çox danışmağa dəyməz. İsgəndər Həmidov bu gün də mənəviyyat baxımından kasadlığını ortaya qoyur. Həbsxanadan peşman olmuş biri kimi çıxmış Həmidov hansısa səbəbdən yenidən qəbul edə bilmədiyi anti-milli ünsürlərin "peşkasına" çevrildi. Məhz bu gün radikal müxalifətin təmsilçisi olan Əli Kərimli və İsa Qəmbər vaxtilə İsgəndər Həmidovu bütün çirkli işlərin icraçısı kimi işlədirdi. Lakin hakimiyyət ehtirasları və ambisiyaları adları çəkilən anti-milli ünsürlər arasında "müharibəni" də gizlədə bilmirdi. Elə buna görə də, İsgəndər Həmidov İsa Qəmbərə yahudi casusu deyirdi, Əli Kərimlini isə fərari adlandırırdı. Amma bu gün nədənsə, yenidən gedib Əli Kərimlinin və İsa Qəmbərin yanında durur. Buradan belə bir nəticə çıxarmaq olar ki, ya İsgəndər Həmidov adları çəkilən anti-milli ünsürlərdən qorxur, onların "peşkalıq" təklifini qəbul edir, ya da o, həqiqətən dəlidir, ağlını itirib.
Sərdar Həmidov: "İsgəndərin ağlı yoxdur, başını tamam itirib"
İsgəndər Həmidovun qardaşının sözlərinə inansaq, qənaətimizi daha da dəqiqləşdirə bilərik. Sərdar Həmidov deyib ki, "Milli Şura"da olanların heç biri İ.Həmidovu çox istəməyiblər, qəbul etməyiblər və bu gün də belədir: "İsgəndərin ağlı yoxdur, başını tamam itirib. Mən ona zamanında dedim ki, bunların dalına düşməsin. Amma mənim sözümə baxmadı, gedib qoşuldu onlara. Onlar İsgəndərdən istifadə edirlər. Bilirlər ki, dəlidir, ağlı çatmır, ona görə də özlərinin deyə bilmədiklərini, cəsarətləri çatmadığı sözləri bu ağılsıza dedirtdirirlər. Bir də ki, İsgəndər huya gedəndir, böyürdən-başdan qızışdırırlar, özləri də çəkilib dururlar qıraqda. Axırda başı əzilən də bu olur. Daha nə deyim ondan?"Göründüyü kimi, İsgəndərin qardaşının dediyi kimi, o, artıq nə etdiyini və dediyini bilmir. Hərəkətlərinə və sözlərinə cavabdeh ola bilməyən İsgəndər Həmidov həm də "tırkaya" gedən imiş.
Təhqir söyləyən birisinin mənəviyyatsızlığı göz önündədir
Ən nəhayət, 22 sentyabr tarixində "Milli Şura"nın keçirdiyi mini-mitinqdə bir daha mənəviyyatsızlığını və cılızlığını ortaya qoyan İsgəndər Həmidov ölkənin tanınmış ictimai-siyasi xadimlərinə qarşı təhqiredici ifadələr işlədib. Əlbəttə ki, demokratik Azərbaycanda sivil siyasi mübarizənin oturuşduğu bir zamanda 90-cı illərin xaotik təfəkkürü ilə yaşayan İsgəndər Həmidovu söylədiyi ifadələrə görə məhkəməyə verib cəzalandırmaq da olar. Əslində, elə cəmiyyətimiz də bunu tələb edir. Çünki Azərbaycan dövləti müasir dünyaya sürətlə inteqrasiya edir və dünya xalqları arasında özünə yer tutur. Lakin seçki kampaniyası dövründə belə bir mənəviyyatsız vasitəyə əl atılması Azərbaycan xalqına atılan çamurdan fərqlənmir. Ona görə də, İsgəndər Həmidova məsləhət bilinir ki, bu cür ifadələr işlətməklə, özünə qarşı ictimai etirazı bir qədər də artırmaqdansa, gedib hansı tövlədə hansı heyvanlardan əmələ gəldiyini müəyyənləşdirsin...
İntizarə Məmmədova