Bu, Quba sakinləri ilə söhbətimizdə bəlli oldu
Məlumdur ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını artıq başlayıb. Bu kampaniya çərçivəsində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqatı ən yüksək səviyyədə aparılır. Bütün bölgələrdə aparılan bu kampaniya Qubada da fəal şəkildə davam edir. Quba sakinləri Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən çox razı olduqlarını bildirirlər. Onlar YAP-ın namizədi Cənab İlham Əliyevi dəstəklədiklərini və 9 oktyabrda Ona səs verəcəklərini söyləyirlər.
Hidayət Məmmədov,
Quba rayon Vəl-Vələ kənd sakini:
- Bugünkü müdhiş inkişafımızın əsasında Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Dahi Şəxsiyyət Heydər Əliyev daim ölkəmizin bütün sahələrinə diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan xalqının bütün təbəqələri YAP-ın namizədinə səs verəcək. Ona görə ki, Prezidentimiz öz siyasəti ilə təsdiq və sübut etdi ki, Azərbaycanı daim inkişaf etdirir və xalqına, vətəninə sədaqətlidir. Ümummilli Lider Heydər Əliyevin davamçısı olmaq vətənə, xalqa bağlı olmaq deməkdir. Biz qubalıların seçimi yalnız Möhtərəm İlham Əliyevdir. Biz hamımız Onu çox sevirik və Onunla fəxr edirik. Hər kəsi 9 oktyabrda prezident seçkilərində iştirak edərək, Cənab İlham Əliyevə səs verməyə çağırıram.
Gülağa Kərimov
Quba rayon Talabıqışlaq kəndinin sakini:
- Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bu siyasətin Quba sakinlərinin də həyatına müsbət və təsirini hamımız görürük. Rayonlarda aparılan quruculuq işləri, ölkədə həyata keçirilən islahatlar insanların həyatına müsbət, böyük təsir göstərib. Yollar çəkilir, körpülər salınır, səhiyyə ocaqları və məktəblər inşa edilir. Bütün bunlar isə, onu deməyə əsas verir ki, oktyabrın 9-da xalqımız növbəti dəfə Cənab İlham Əliyevə etimad göstərəcək və Ona səs verəcək.
Təvəkkül Mehrəliyev,
Quba rayonu Vəl-Vələ kənd sakini:
- Əvvəlcə onu bildirim ki, bugünkü inkişafa baxanda insan heyran qalır. Hər an ölkəmiz sürətlə irəliləyir. Bu gün təkcə Qubaya deyil, hansı rayona getsək, böyük quruculuq-abadlıq işlərinin şahidi oluruq. Ölkəmiz birincilər sırasındadır. Onu da qeyd edim ki, seçkilər xalqın tarixində önəmli günlərdən sayılır. Seçki günü gərək hamı seçkidə iştirak etsin. Çünki biz özümüzə prezident seçirik. Prezident xalqın sevdiyi, saydığı, hörmət etdiyi, siyasətinə inandığı insan olmalıdır. Biz qubalıların yeganə seçimi Cənab İlham Heydər oğlu Əliyevdir. Bütün gözəl xüsusiyyətlər Prezidentimizdə var. YAP-ın namizədi seçkinin qalibidir. Bu, artıq indidən bəllidir. Çünki xalqımız Prezident İlham Əliyevə inanır və Onu dəstəkləyir. Azərbaycanın bütün bölgələri kimi Quba da inkişaf edir. Bu isə Cənab Prezidentin bütün bölgələrə olduğu kimi, Qubaya da göstərdiyi xüsusi diqqət və qayğısının nəticəsidir.
Münəssif İdrisov,
Quba rayon Talabıqışlaq kəndinin sakini:
-Uğurlarımız, inkişafımız Cənab İlham Əliyevin adı ilə bağlıdır. 10 ildə gördüyü işlər Onun alternativsiz namizəd olduğunu təsdiqləyir. Qazanılmış müvəffəqiyyətlərdən böyük qürur hissi keçiririk və çox sevinirik. Seçkilərdə də bu inkişafa dəstək olmaq üçün YAP-ın namizədinə səs verəcəyik. İnkişafa, tərəqqiyə, firavan həyata səs vermək vacibdir. Cənab İlham Əliyev biri-birindən əhəmiyyətli addımları ilə Azərbaycanı zirvələrə yüksəltdi və yüksəldir. Müstəqil Azərbaycanımızın bayrağı Prezidentin uğurlu siyasəti nəticəsində daim yüksəkliklərdə dalğalanır.
Xatirə Nəcəfova,
Quba rayonu Vəl-Vələ kənd sakini:
- Hər birimiz şahidik ki, respublikamızda misli görünməmiş sürətlə inkişaf gedir. Bu inkişaf özünü həm siyasi, həm iqtisadi, həm sosial və həm də bütün sahələrdə göstərir. Bütün bölgələrdə əhalinin həyat şəraiti yaxşılaşır. Azərbaycan bu gün inkişafına görə dünyada xüsusi yer tutur. Paytaxtın və bölgələrimizin siması dəyişir, yeniliklər geniş vüsət alır. Millətimizdə böyük ruh yüksəkliyi mövcuddur. Təbii ki, bu əhval-ruhiyyə ölkəmizin uğurlarından qaynaqlanır. İnsanlar çox rahat və gözəl şəraitdə yaşayırlar. Bunun səbəbi isə ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir. Prezident İlham Əliyevin möhtəşəm siyasətinin bəhrəsini hər birimiz görürük. Bu siyasət Ulu Öndər Heydər Əliyev siyasətidir. Bu siyasətin parlaq nəticəsini heç kim dana bilməz. Mən və bütün qubalıların seçimi Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevdir.
Səlim Kərimov,
Quba rayonu Vəl-Vələ kənd sakini:
- Prezident İlham Əliyevin uğurlu siyasəti həm daxilidə və həm də xaricdə uğurlarımızla özünü göstərir. Biz Prezidentimizə inanırıq. Biz Onu çox sevirik. Qubalılar Cənab İlham Əliyevi dəstəkləyirlər. 9 oktyabrda hər birimiz seçkilərdə iştirak edərək, YAP-ın namizədinə səs verəcəyik. Çünki Prezidentimiz Azərbaycan xalqına, vətənimizə çox bağlı və çox sədaqətlidir. O, xalqımızın Lideridir.
Cahid Süleymanov