Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Perunun xarici işlər naziri Eda Rivas ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Azərbaycan ilə bir sıra Latın Amerikası ölkələri arasında münasibətlərin inkişaf etdiyini deyən Elmar Məmmədyarov, Peru ilə də müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu diqqətə çatdırmışdır.
Görüş zamanı Azərbaycan Respublikası Hökuməti və Peru Respublikasının Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanmışdır.
yap.org.az