PDF Oxu

Siyasət

  • 7

Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Əfqanıstanın xarici işlər naziri Zalmai Rəsul ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Əfqanıstanın xarici işlər naziri iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmişdir. O, Azərbaycana səfər etmiş yüksək səviyyəli əfqan nümayəndə heyətinin üzvləri ilə görüşdüyünü xatırlatmış və Azərbaycan hökuməti tərəfindən göstərilmiş dəstəyə görə təşəkkürünü bildirmişdir.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli sənədlərin imzalanması barədə razılıq əldə olunmuşdur.

yap.org.az

Digər xəbərlər