PDF Oxu

Siyasət

  • 16

İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq

İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq

İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq.

Bunu İran İslam Respublikası İslam Şurası Məclisinin (Parlamentin) Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə Bakıda keçirdiyi brifinqdə bildirib./Trend/

O deyib ki, səfər zamanı Xocalı şəhidləri və faciəsi ilə bağlı müzakirə aparılıb: "Razılaşdırıldı ki, iki ölkənin parlamentlərinin dostluq qrupları müştərək şəkildə məktub hazırlasınlar və İran Parlamentinə ünvanlasınlar. Bununla da İran Parlamenti Xocalı şəhidləri ilə bağlı öz mövqeyini bildirsin. İran öz dövlətini və müstəqilliiyini qorumaq üçün çoxlu şəhidlər verib. Azərbaycan xalqının dərdlərinə şərikik və bunu hiss edirik. İran və Azərbaycan arasındakı sərhədlərin dinc və təhlükəsiz olmasına görə sevinirik".

Deputat bildirib ki, Dağlıq Qarabağ mövzusu İran İslam Respublikasının həssaslıqla yanaşdığı bir münaqişədir: "İranın fikrincə, regional münaqişələrin həllində hər hansı kənar müdaxilənin olması düzgün deyil".

yap.org.az

Digər xəbərlər