PDF Oxu

Siyasət

  • 11

Azərbaycanın müdafiə naziri İtaliyanın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etmişdir

Azərbaycanın müdafiə naziri İtaliyanın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etmişdir

Sentyabrın 25-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İtaliyanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirləri Ciampaolo Kutillo və İrfan Siddiq ilə görüşlər keçirmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşlərdə hər iki ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərini təbrik edən müdafiə naziri hərbi əməkdaşlığın dərinləşdirilməsinin və hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda mövcud gərgin hərbi-siyasi vəziyyət barədə də fikir mübadiləsinin aparıldığı görüşlərdə hər iki ölkənin Azərbaycandakı hərbi attaşeləri iştirak etmişlər.

yap.org.az

Digər xəbərlər