Siyasi nəticələri olan enerji dəhlizləri siyasi dividentlər gətirir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda keçirilən "Caspian Forum"un açılışı zamanı deyib.
Onun sözlərinə görə, Cənub qaz kəmərinin iqtisadi və siyasi tərəflərinə ümumi baxış güclü təsirə malikdir./Trend/
"Cənub dəhlizi bir neçə ölkəni birləşdirir. Bu, enerji, sülh və nizam deməkdir. Türkiyənin əsas qənaəti ondan ibarətdir ki, enerji təhlükəsizliyi vacib məsələdir. O, bizə kömək edib ki, iqtisadiyyat inkişaf etsin, ÜDM 4 dəfə artsın. Türkiyə bu məsələdə çoxtərəfli xüsusiyyətə malik olan ölkədir. Sinergiya dəhlizi yaratmaqla, Qafqazla Balkan regionunu və Aralıq dənizini birləşdirdi. Gürcüstanla da birgə əhəmiyyətli layihələr reallaşdırılmaqdadır. Hazırda bu layihə Balkan yarmadasına doğru gedir. Bununla da, sülh və enerji təhlükəsizliyi zonası yaradılır" - deyə XİN başçısı əlavə edib.
O, bildirib ki, bu gün Avropanın enerji təhlükəsizliyi də diqqət mərkəzindədir.
"Burada şərq dəhlizi ən yaxşı alternativdir. Yeni alternativ mənbələr dünyanın enerji xəritəsinə təsir edəcək" - deyə Davudoğlu vurğulayıb.
yap.org.az