"Ermənistan dövlət deyil, sadəcə olaraq bir qurumdur. Ermənistan kimlərinsə əlində forpostdur. Mən şəxsən Ermənistanı dövlət hesab etmirəm və bunu tam məsuliyyətilə bildirirəm. Ermənistanı hara istəyirlər ora dartırlar, kim nə deyirsə onu da edir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov deyib ki, Ermənistanın müstəqil xarici siyasəti yoxdur ki, normal bir şəxslə beynəlxalq hüquq, BMT-nin qəbul etdiyi qərarlarla bağlı danışıq aparasan: "Ermənistanın iqtisadi vəziyyəti gündən-günə iflasa uğrayır, 100 minlərlə əhali hər il ölkədən qaçıb gedir, pensiya siyasəti pis vəziyyətdədir. Ermənistan konkret dövlət olaraq konkret siyasət yürütsə idi, onunla danışmaq olardı".
Onun sözlərinə görə, Ermənistan Gömrük İttifaqına üzv olan dövlətlərlə heç bir quru sərhədinə malik olmadığı halda, həmin təşkilata qoşulub: "Bunların hamısı bir oyundur".
sia.az