"Rəsul Quliyev "Milli Şura"ya yığışanları həm ələ salır, həm məsxərəyə qoyur, həm də onlar haqqında dilə gətirilməsi mümkün olmayan ifadələr işlədir". SİA-nın məlumatına görə, bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Rəsul Quliyevin müxalifətin istefaya getməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.S.Novruzov qeyd edib ki, bununla onlar Milli Şuranın daxili aləmini, vəziyyətini göstərirlər: "Hətta mən başqa bir faktı deyim. Milli Şuranın insan hüquqları komitəsinin sədri Leyla Yunus bu gün Dağlıq Qarabağa gedən Ələkrəm Hümbətovun hüquqlarını müdafiə edir. Yəni Milli Şuraya yığışanlar bu cür adamlardır - ermənipərəst, erməni mövqeyin müdafiə edən. Mən faktla danışıram və bu da faktdır".YAP rəsmisi deyib ki, Milli Şurada yığışan insanların hər birinin öz marağı var: "Milli Şuraya toplaşan adamların yüksək intellektə malik, ziyalı olmasından danışırlar. Bu da onların intellektual səviyyəsini göstərir. Seçicilərlə görüşdə işlətdiyi ifadələr və söyüşlərdən də bütün Azərbaycan xalqına aydın oldu ki, onlar hansı əxlaqın və mənəviyyatın daşıyıcılarıdırlar".
sia.az