PDF Oxu

Siyasət

  • 12

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir

Sentyabrın 26-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, komitənin sədri Ziyafət Əsgərov bildirmişdir ki, Azərbaycan Prezidenti qanunvericilik təşəbbüsü ilə çıxış edərək "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsini təklif etmişdir.

Bildirilmişdir ki, 1997-ci ildə qəbul olunmuş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun müasir dövrün tələblərinə cavab vermir. Sığorta bazarındakı dinamik inkişaf hərbi qulluqçuların sosial vəziyyətlərinin yaxşılaşdırılması məsələsini aktuallaşdırmışdır. Qanuna ediləcək dəyişikliyin xarakterik cəhəti ondan ibarətdir ki, dövlətimiz hərbi qulluqçuların həm xidmət, həm də xidmətdən sonrakı dövrlərdə maddi və sosial vəziyyətlərini diqqət mərkəzində saxlayır. Dəyişikliklərə əsasən hərbi xidmətini başa vurmuş hərbçinin və onun ailə üzvlərinin sosial müdafiəsi təmin ediləcəkdir.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunmuşdur.

AzərTAc

Digər xəbərlər