PDF Oxu

Siyasət

  • 6

MDB-nin medianın özünütənzimləmə şəbəkəsinə sədrlik Azərbaycana keçəcəkdir

MDB-nin medianın özünütənzimləmə şəbəkəsinə sədrlik Azərbaycana keçəcəkdir

Sentyabrın 27-də Ukraynanın Odessa şəhərində MDB-nin medianın özünütənzimləmə qurumlarının növbəti illik toplantısı işə başlayacaqdır.

İki gün davam edəcək tədbirdə ölkəmizi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edəcəkdir.

Şuradan AzərTAc-a bildirmişlər ki, illik toplantıda MDB-nin medianın özünütənzimləmə şəbəkəsinə sədrliyin Azərbaycana keçəcəyi rəsmiləşəcək, gələn il tədbirin ölkəmizdə təşkili məsələləri müzakirə olunacaqdır.

Toplantıda quruma üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatları dinləniləcəkdir. Ə.Amaşov da şuranın fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edəcəkdir.

Bundan əlavə, tədbirdə özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlb edilməsi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılacaq, söz və ifadə azadlığının müxtəlif aspektləri nəzərdən keçiriləcəkdir.

AzərTAc

Digər xəbərlər