PDF Oxu

Siyasət

  • 12

ABŞ-dakı yəhudi icmasının nümayəndələri ilə görüşdə Azərbaycan-İsrail əlaqələri müzakirə olunmuşdur

ABŞ-dakı yəhudi icmasının nümayəndələri ilə görüşdə Azərbaycan-İsrail əlaqələri müzakirə olunmuşdur

BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ-dakı yəhudi icmasının və təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanda etnik və dini zəmində tarixən mövcud olan tolerantlıq və bütün dini icmaların nümayəndələri üçün yaradılmış şərait müzakirə edilmişdir. Həmçinin Azərbaycanın İsrail ilə əlaqələri və Yaxın Şərqdəki vəziyyət barəsində fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Digər xəbərlər